İlham Əliyev həmişəki kimi, bu müsahibə zamanı da tutarlı siyasi faktlara söykəndi

İlham Əliyev həmişəki kimi, bu müsahibə zamanı da tutarlı siyasi faktlara söykəndi

Elçin Seyfullayev

Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Beynəlxalq platformalarda və ya kütləvi informasiya məkanlarında Prezidentin müsahibələrdə səsləndirdiyi bəyanatlar Azərbaycanın informasiya müharibəsində də mühüm qələbə kimi qiymətləndirilir.

44 günlük Vətən müharibəsində olduğu kimi, Prezident İlham Əliyev yenə də informasiya müharibəsində mübarizənin ön sıralarındadır. Son durum və reallıq odur ki, 44 günlük müharibənin praktik olaraq bitməsinə baxmayaraq, informasiya müharibəsi hələ də davam edir. Xalq olaraq görürdük ki, Prezident İlham Əliyev Ali Baş Komandan kimi müharibə günlərində döyüşlərdə olduğu kimi, həm də informasiya müharibəsinin də ön cəbhəsində savaşırdı. Belə bir siyasi savaş Azərbaycana qarşı məqsədyönlü kampaniya aparan qüvvələrə qarşı birbaşa cavabdeh və bu gün də həmin qüvvələr Prezidentin diplomatiyası qarşısında aciz duruma düşməkdədir.

İlham Əliyev həmişəki kimi, bu müsahibə zamanı da tutarlı siyasi faktlara söykəndi. Onun özgüvəni, israrlılığı müxbirin bütün suallarına verdiyi ətraflı cavablar qədər kəsərli idi. “Euronews”un təqdim etdiyi müsahibəni izləyən milyonlarla insan Azərbaycan Prezidentinin sərgilədiyi obyektiv mövqeni aydın şəkildə görə bildi.

Beləliklə həmişəki kimi bütün dünya bir daha “Euronews”un efirində İlham Əliyevin timsalında Azərbaycanın bu məğrur duruşunu görmüş oldu. Yeni reallıqları qəbul etmək istəməyən, regionda gərginliyin aradan qalxmasını arzulamayanlar üçün proseslərin hansı səmtdə inkişaf edə biləcəyi ilə bağlı cənab İlham Əliyev dünyanın yüzlərlə ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada aydın yol xəritəsini göstərdi.