İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

Çingiz İbrahimov

Yeni Azərbaycan Partiyası

Göyçay rayon təşkilatının əməkdaşı 

Qədim tarixi münasibətlərə malik olan Azərbaycan ilə Qazaxıstan xalqlarını dil və din eyniliyi də birləşdirir. Eyni zamanda bu xalqlar eyni kökə, mədəniyyətə və ənənələrə malikdirlər. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərə gəlmişdir.

Bildiyimiz kimi, 1992-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr yaradılıb: "1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyev və Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində iki ölkə arasındakı münasibətlər uğurla inkişaf edib. Bu gün isə bu münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan ilə Qazaxıstan arasındakı mövcud olan qardaşlıq , dostluq münasibətləri müttəfiqliyə qədər yüksəlmişdir. Reallıq odur ki, münasibətlərin müttəfiklik səviyyəsinə çatmasında Prezident İlham Əliyevin rolu əvəzsizdir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məhz bu səbəbdən , özünün və qazax xalqı adından dövlət başçımız İlham Əliyevi ölkələrimiz arasında münasibətlərin inkişafındakı xüsusi xidmətlərinə görə ən ali ordenlə, Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif etdi. Bu orden xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqinin göstəricisi, eyni zamanda prezidentimizin fəaliyyətinə verilən yüksək qiymətdir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində Dövlət Başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanmışdır.Əlbəttə ki,prezidentimizin söylədiyi kimi,imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin daha geniş hüquqi bazasını yaradır. Daha sonra Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxış edərək imzalanan sənədlərin əhəmiyyətindən danışdı.Dövlət başmız İmzalanan sənədlərin içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannaməni xüsusi vurğuladı. Prezidentimiz qeyd etdi ki,”Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Dövlət başçımız Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür etdi bildirdi ki,” Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür”. Prezidentimiz eyni zamanda əminliyini bildirdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.
Cənab İlham Əliyev təltif edildiyi Qazaxıstanın ali ordeni – “Qızıl qartal” kimi tərcümə edilən “Altın kıran” ordenə də münasibət bildirərək qeyd etdi ki,” Mən bunu bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyim və göstərəcəyim səylərə münasibətin ifadəsi kimi qiymətləndirirəm”.

Beləliklə , Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində olduqca əhəmiyyətli sənədlərin imzalanması , cənab İlham Əliyevə Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeninin təqdim edilməsi, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü iki ölkə arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının, mövcud dostluq , qardaşlıq münasibətlərinin müttəfiqlik zirvəsinə ucalmasının təzahürüdür,eyni zamanda bu səfər ikitərəfli əməkdaşlıqda yeni səhifə açmış oldu.