Heydər Əliyev öz doğma xalqının ən böyük bilicisi idi.

Heydər Əliyev öz doğma xalqının ən böyük bilicisi idi.
Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
Kainatın qalaktikasının yaranması haqqında çox saylı fərziyələrdən biri də “bir nöktənin partlaması” ideyasıdır. Söhbətin hansı nöqtədən getdiyini deyə bilən olmasa da həmin ideyaya görə məhz bundan sonra kainat yaranıb. Bilmirəm bənzətməmiz nə qədər məqbul alınacaq, amma Azərbaycanın ictimai-siyasi, ideoloji, milli həyatında həmin nöqtə 90-cı illərin lap əvvələrində partladı. 90-cı ilin 20 yanvar faciəsindən ayılmamış, 91-ci ilin müstəqillik sevincini yaşadıq. Bundan sonra isə hələ 88-ci ildən başlanan müharibə daha qəddar bir şəkil aldı. Azərbaycan xalqı sanki bir yolsuzluq içində qalmışdı. Xalqımız qaynayıb-qaynayıb öz yanan və püskürməyə yol- krater tapmayan vulkana bənzəyirdi. Bəli bizə yol lazım idi – getməli olduğumuz yol. Əslində bu yol var idi. Amma o yolu göstərən, bu böyük xalqı ardınca aparan, daha doğrusu aparmalı olanlar isə yüngül desək çox aciz idilər.
Xalqımızda belə bir deyim var. Deyir “Allah dərd verəndə dərmanını da verir.” Həmin dərman isə Heydər Əliyev idi. Məhz 15 iyunda həmin dərman tapıldı. Nə idi Ulu Öndəri yenidən hakimiyyətə gətirən və möhkəmləndirən. Fikrimcə hər şeydən öncə bunun cavabı belədir: ”Xalqın sevgisi və inamı”. Heydər Əliyevin ətrafında xalqın sıx birləşməsini ona bənzətmək olar ki, sanki pərən –pərən səpələnmiş metal qırıqları arasında bir maqnit göründü dərhal hamı onunla qovuşdu. Bizdən olmayanlar isə ya kənara itələnəcəklər, ya da tənhalaşıb tək qalacadılar. 
Qoy bir müdrikin  fikrinə də müraciət edək. Həmin fikirdə bildirilir ki, istənilən ağır vəziyyətdən çıxış yolu var. Onu tapmaq isə hər adamın işi deyil. Həmin çıxış yolu isə Ulu Öndərə gün kimi aydın idi. İlk tələb olunan daxili sabitlik yaratmaq idi. Çünki dövlət bir orqanizimdir. Daxilən sağlam olmayan orqanizm isə xarici təsirlərə reaksiya verə bilməz. Bax o daxili sabitliyi pozanlar Ulu Öndərin rəhbərliyi ilə xalq özü yerində oturdu. Artıq yuxarda dediyimiz kimi onlar ya kənara itələndilər, ya da tənhalanıb tək qaldılar. Bundan sonra isə quduz çaqqallar kimi türk qanına yerikləyən dişinin dibində şirə qalmış düşməni durdurmaq lazım idi. Bəli, qəddimizi düzəltmək üçün bizə atəşkəs lazım idi.
Heydər Əliyev öz doğma xalqının ən böyük bilicisi idi. O bu xalqın, bu dövlətin potensialını bilirdi. Heydər Əliyev gözəl bilirdi ki, bu xalqla dağı dağ üstə qoymaq olar, yetər ki onu düzgün yönəldəsən. Bax beləcə, atəşkəs bağlandı. Heydər Əliyev sahib olduğumuz başqa bir potensialımızıda bilirdi. Bu bizim iqtisadi rezevrlərimiz idi. 
Neft kontraktları bağlandı. Beləliklə uzaq zamana hesablanmış plan üçün ideal zəmin yarandı həm düşmən üzərində qələbəyə aparacaq ürək var idi, həm də bu qələbəni şərtləndirəcək iqtisadiyyat. Təkcə zamana ehtiyac var. Zamansa düşmən üzərində bu möhtəşəm qələbəni görmək üçün oa möhlət vermədi, onun fiziki ömrü yetmədi. Amma onun ruhunun rahatlıq tapmasına xalqımızın duaları yetərlidir. Çünki,15 iyunda Heydər Əliyev təkcə xalqın təkidli tələbi ilə özü hakimiyyətə gəlmədi.  O, həm də bizi ülvi məqsədlərə doğru aparacaq bir komandan bəxş etdi.