Hər bir hüceyrəmizin saf suya ehtiyacı var

Hər bir hüceyrəmizin saf suya ehtiyacı var

Şəbnəm Sərdarlı

Həkim-terapevt

YAP Suraxanı rayon təşkilatının fəalı

Su insan həyatının ən ayrılmaz hissəsi, orqanizmin əsas komponentidir. Bədən kütləmizin 60 %-i, körpə uşaqlarda  isə 75-80%-i suyun payına düşür. Orta yaşlı insanın suya olan gündəlik tələbatı 2-2,5 l -dir. İnsan yaşa dolduqca orqanizmdəki  suyun ümumi həcmi azalır. Bu zaman daxili orqanların aktiv fəaliyyət göstərməsi, maddələr mübadiləsi, metobolik proseslərin tənzimlənməsi üçün balanslaşdırılmış su qəbulu zərurət halına keçir.                                                                          

Hər bir hüceyrəmizin saf suya ehtiyacı var. Prezident cənab İlham Əliyevin çirklənmiş suların təmizlənməsi istiqamətində həyata keçiriləcək irimiqyaslı layihələrə dəstək olması Azərbaycan vətəndaşına verilən böyük dəyərin bariz nümunəsidir.  Dövlət başçısı bu müdrik dəstəyi ilə xalqının hər zaman və hər məsələdə yanında olduğunu əyani göstərir.    

Bütün dünyada olduğu kimi ölkəmizdə də fekal-oral yolla yoluxan Hepatit A virus infeksiyasından əziyyət çəkən xəstələrin sayı gün keçdikcə artmaqdadır. Əsas qoruyucu tədbirlərdən biri isə  təmizlənmiş sudan yetərincə istifadə etməkdir. Unutmayaq ki, hepatit hökm deyil.                                   

Orqanizmdə kəskin ağırlaşmalarla təzahür edən Leptospiroz xəstəliyi zamanı da profilaktik tədbirlərin əsasını məhz çirklənmiş su hövzələrinin təmizlənməsi təşkil edir. Bəzən bizi arzuolunmaz nəticələrlə qarşılaşdıran Qida toksikoinfeksiyalarından qorunmağın ən praktik yolu qəbul etdiyimiz suyun  steril olmasıdır.                                             

COVID-19 Pandemiyası dönəmində ölkəmizdə əsas sosial çağırışlardan biri saf sudan doğru şəkildə istifadə etmək idi. Həmin çağırışların nəticəsi olaraq bu gün Azərbaycanda Epidemioloji nəzarət sahəsinin inkişafında müsbət dinamika müşahidə olunur. Bu, isə ölkə başçısının Səhiyyə sisteminə, birbaşa Azərbaycan vətəndaşına olan diqqət və qayğısının nəticəsidir. Sağlamlıq insan həyatının ən dəyərli hədiyyəsidir. Sağlam cəmiyyət isə bu dövlətin gələcəyi və ən ali məqsədlərindən biridir                                       

Əhalinin içməli su təchizatının maksimum səviyyəyə çatdırılması istiqamətində görülən işlər, işğaldan azad olunmuş torpaqlarımızda müasir standartlara uyğunlaşdırılmış şəkildə inşa olunan yeni  su xəttləri işıqlı gələcəyə olan inam və güvən hissini daha da gücləndirir. Həyat mənbəyimiz olan saf su damlalarının hər göz qırpımında hər birimiz üçün əlçatan olması diləyi ilə…