Gələcək addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında güclü əlaqələr yaradacaqdır
Firəngiz Məlikbəyli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Doqquzuncusu təşkil olunan iclasda bir çox məsələlər haqqında danışılması,görülən işlərin nəzərdən keçirməsi və ən vacibi, gələcək addımlarımızı planlaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik” deməsi baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar yaşayanmışdır, indi artıq onun genişləndirilməsi haqqında danışılır, yeni müzakirələrə yol açılır. Artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışılması bu alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir.
Bu, artıq təsdiq olunmuş faktdır ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir.. Naxçıvan Muxtar Respublikasındakı böyük bərpaolunan enerji potensialı müəyyən edilməsi, hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılılması bu potensialı daha da artıq artıracaqdır. Azərbaycanın yaşıl enerji ilə bağlı saziş imzalaması bu yöndəki mühüm addımlardandır. Azərbaycanın ölkə olaraq strateji əhəmiyyətə malik olması və təbii ki, Liderimizin güclü ,siyasi iradəsi sayəsində aparılan fəaliyyətinin nəticəsi bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısının uğurlu və tarixi əhəmiyyətli olmasına gətirib çıxarmışdır.
Biz əminik ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı Prezidentimizin gələcək planları uğurlu olacaq və Azərbaycanı yerləşdiyi cöğrafi mövqedə ən güclulərdən biri edəcək.