Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir

Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir

Nailə Məmmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi

Son 20 ildə Cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində ölkəmizin qonşu ölkələrlə dostluq münasibətlərinin inkişafında müsbət dinamika müşahidə olunur. 6 aprel 2026-cı il tarixində ölkə başçısının Gürcüstana  dövlət səfərinin təməlində də səmimi dostluq və qardaşlıq münasibətləri dayanır. Cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, iki ölkə arasındakı əlaqələr qarşılıqlı hörmət və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır.                                                

Çox qürurverici haldır ki, bu gün regionda genişmiqyaslı layihələrin reallaşmasında  əsas aparıcı qüvvə  Azərbaycandır. Azərbaycanla Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq regional sabitliyin təmin olunmasında önəmli bir faktordur. Özəlliklə Cənub Qaz Dəhlizi, Bakı -Tbilisi – Ceyhan neft kəməri və Bakı – Tbilisi  Qars dəmir yolu kimi böyük layihələr regionun enerji təhlükəsizliyi və tranzit potensialının artırılmasında önəmli rola malikdir.   

Bu gün Gürcüstanla Azərbaycan arasında energetika, nəqliyyat -logistika, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat  sahələrində əlaqələrin daha da  möhkəmlənməsi istiqamətində  çoxprofilli yeniliklər həyata keçirilir.  Təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın genişlənməsi , tələbə mübadiləsi proqramlarının artırılması isə 2 ölkə arasındakı əlaqələrin  bütün sahələrdə proqressiv  şəkildə inkişaf etməsinin bariz nümunəsidir.       

İstər Bakıda, istərsə də Tbilisidə təşkil olunan Beynəlxalq standartlara cavab verən tibbi konfranslarda  azərbaycanlı və gürcü həkimlərin   xəstəliklərin diaqnostika və müalicə prinsiplərinin yeni metodlarla dəyərləndirilməsi istiqamətində fikir mübadilələri isə  olduqca təqdirəlayiqdir.     

Cənubi Qafqazda uzunmüddətli sülh, təhlükəsizlik, davamlı əməkdaşlıq prinsiplərinin qorunmasında  Azərbaycanın önəmli rolu var.  Azərbaycanla Gürcüstanın çoxprofilli münasibətləri  bütövlükdə regionun rifahına və regional sabitliyin nizamlanmasına xidmət edir.Cənab Prezidentin söylədiyi kimi, Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir .Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir.