Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül Axundova ivə digər rəsmi şəxslər ştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim-şagird kollektivinin “8 Noyabr - Zəfər Günü” ilə bağlı hazırladığı bədii kompozisiyalar, musiqi nömrələri və rəqslər nümayiş olunub.
Konsertin ərsəyə gəlməsində mühüm rolu olan müəllim və şagirdlərə öz minnətdarlığını bildirən məktəbin direktoru Elvina Əhmədova Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, bu Qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Suraxanı RİH başçısı Əziz Əzizov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən suraxanılı döyüşçülərin qəhrəmanlıqlarından danışıb.
Sonda xatirə şəkili çəkdirilib.