Gənclərin idmana maraqları artır

Gənclərin idmana maraqları artır
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Olimpiadanın tarixinə nəzər yetirdikdə qədim Yunanstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletləriin yarışı keçirilirdi. Elə bu səbəbdən ən böyük, ən təntənəli və məşhur idman yarışları Olimpiya şəhərində Zevsin şərəfinə təşkil olunurdu. Ona görə də həmin oyunlar Olimpiya Oyunları adlanırdı. Yunanstanda bu ən böyük bayram hesab olunurdu və hər 4 ildən bir (1417 gün) keçirilirdi.
​Klassik dövr (e.ə.V-IV əsrlər) Olimpiya oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçış, nizə və disk tullaması, uzununa tullanma, güləş) həmçinin incəsənət müsabiqələri və sairə daxil idi. Lakin müasir Olimpiya Oyunlarının tarixin sınağından keçərək bugünki günə gəlib çatmasında ən böyük rol fransız pedaqoq Baron Pyer de Kubertenə məxsusdur. Tarixi araşdırmalarda yer alan mənbələrə əsasən, o bu zaman Olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.
​Azərbaycanda idmana ölkə rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı hiss olunub. Bu məqsədlə Bakıda və digər regionlarda iri idman, Olimpiya kompleksləri inşa edilir, müxtəlif yüksək standartlara uyğun beynəlxalq turnirlər, yarışlar təşkil olunur. “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 48 idmançımız 15 idman növü üzrə 17 proqramda uğurla çıxış etmiş, milli komandamızın yeddi üzvü müxtəlif əyarlı medallara layiq görülmüşdür. Cüdo, boks, taekvondo, Yunan-Roma güləşi, sərbəst güləş üzrə 2 qızıl, 2 gümüş, 3 bürünc medal medal qazanılıb.
Olimpiya oyunlarındakı uğurlarımız bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir. Təsadüfi deyil ki, ölkəmiz Olimpiya Oyunlarında iştirak edən 30 ən güclü dövlət arasında yer alıb. İdmançılarımızın uğuru hamımızın sevincidir, qürurumuzdur.