Fəxr edirəm ki, Azərbaycanın xilaskarı məhz Ulu öndər Heydər Əliyevdir
Milli Qurtuluş! Bu söz böyük məna kəsb edir. Milli qurtuluş dedikdə bir millətin xronikası, ağrı-acısı və nəticədə bu millətin xilaskarı tərəfindən qurtulmağı göz önünə gəlir. Azərbaycan da belə dövlətlərdən biridir. Bu dövlətin uğuru dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin bir millət olaraq bizi daxili və xarici düşmənlərdən qorumağı və Azərbaycan xalqına milli qurtuluş yaşatmağı oldu.
Hər il Azərbaycan dövləti 15 iyun tarixini “Milli Qurtuluş Günü“ olaraq qeyd edir. İyunun 15-i tarixi, Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə Sədr seçilməklə öz canı bahasına böyük risklərə gedərək xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyü bir tarixdir. Onun Naxçıvandan Bakıya gəlişi 91 nəfər ziyalının ona ünvanladığı məktub və xalqın istəyi nəticəsində oldu. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı həmin dövrdə Qarabağ müharibəsinin atəşkəslə nəticələnməsinə səbəb oldu. Ordumuzun daha da güclənməsi və inkişafı yolunda əməli işlər görüldü. Azərbaycan yeni inkişaf dövrünə keçid etdi. Belə ki, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul olundu. Demokratiyanın bariz nümunəsi kimi siyasi islahatlarda da irəliləyiş baş verdi və çoxpartiyalı sistem yarandı.
Biz hər zaman daxilimizdən gələn sevgi hissi və qürurla Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin keçmiş kadrlarını izləyirik, dinləyirik. O deyirdi: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!” “Mən İlhama özüm qədər inanıram!” “ Biz, o torpaqlara mütləq gedəcəyik!” “Azərbaycan dünyaya günəş kimi doğacaq.” Bu cümlələrə qulaq asdıqca və yaxud oxuduqca, bir Azərbaycanlı qızı olaraq, mən də fəxr edirəm.
Fəxr edirəm ki, Azərbaycanın xilaskarı məhz Ulu öndər Heydər Əliyevdir. O, 20-ci və 21-ci əsrin siyasi lideridir. Sevinirəm ki, həyatda yaşadığım bu dövrdə ictimai və siyasi fəaliyyətimdə, O, mənə və bir çoxlarımıza bir mayak olmuşdur. Qürurverici haldır ki, hal-hazırda dövlətimizin nümunəvi idarəçiliyində Onun özü qədər inandığı siyasi varisi Prezident cənab İlham Əliyevdir.
Əslində 44 günlük Zəfər tarixinə gedən yol, Heydər Əliyev siyasətindən keçir. Bu iqtisadi və siyasi uğurlar nəticəsində Azərbaycan, doğrudan da dünyaya günəş kimi doğaraq, özünü sübut etdi. Bizim Günəş Heydər Əliyevi simvolizə edir...