Fransa Ermənistana böyük qardaşlıq edir
Ülkər Quliyeva
30 nömrəli Ambulatoriyanın həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan dövləti diplomatik münasibətlərə hər zaman əhəmiyyət verən və diplomatik münasibətləri təhlükəsizlik prinsipləri ilə davam etdirən ölkədir. Son vaxtlar Fransa ilə Azərbaycan münasibətlərini nə qədər normallaşdırmağa çalışsaq da Fransanın ermənipərəst mövqeyi sərgilədiyini bütün dünya ictimaiyyəti görür. Makron ikiüzlü və riyakar davranış sərgiləməsi heç də təəccüblə qarşılamadıq. Çünki biz bilirdik ki, Fransa Ermənistanın böyük qardaşı, ağası kimi hər şeydən xəbərdar olduqdan sonra ermənipərəst bəyanatlarla çıxış edir.
Bu yalançı və riyakar qərəzli münasibət yalnız Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşıdır. Türkiyə Prezidenti dəfələrlə Fransa prezidentinə sərt şəkildə reaksiya verib. Lakin görünür bu sözləri Fransa prezidenti qulaq ardına vurur. Azərbaycan münasibətlərin düzəlməsi, normallaşdırılması istiqamətində köməklik göstərən bütün ölkə başçıları ilə bir mövqedən çıxış edir. Azərbaycanın yanaşmasını, prinsiplərini həm beynəlxalq arenada, həm də liderlər arası ikili görüşlərdə dövlət başçımız İlham Əliyev açıqca bildirib.
Biz Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasını təmin edəcək olan bütün görüşləri qəbul edirik. Lakin Fransanın münasibətlərin normallaşdırılması ilə bağlı olan görüşlərə sonradan qatılması və bu görüşlərdən sonra ermənipərəst mövqe sərgiləməsi Fransa prezidentinin əsl iç üzünü açıq şəkildə, şəffaflıqla göstərdi. Düşünürəm ki, proeslərə belə bir mövqe sərgiləyən Fransanın heç bir vasitəçiliyinə ehtiyac yoxdur. Vasitəçilik etsə əgər bu yalnız prosesləri uzadılmasına və girginliyin artmasına xidmət edəcək.
Fransa erməni lobbisinə xidmət etməklə məşğuldur. Eyni zamanda Fransa dərk etdi ki, global siyasi proseslərdən geri qalıb. Makron bir vasitə ilə özünü göstərmək, sensassiya yaratmaq, gündəmdə qalmaq istəyi ilə proseslərə qatılmaq marağındadır. II Qarabağ müharibəsindəki Azərbaycanın qələbə əldə etməsindən sonra bütün dünya ictimiyyətinin gözü Qarabağda gedən proseslərə çevrildi. Bu mənada Ermənistanla münasibətlərin normallaşdırılması prosesində gedən görüşlər diqqət çəkir. Bu məqamdan faydalanmaq üçün Makron görüşlərdə iştirak etməyə və ermənipərəst fikirlər səsləndirməklə öz fəaliyyətində diqqət çəkməyə çalışır.