Ermənistan ordusunda panika və isterika vüsət alıb
Aidə Hüseynzadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin müəllimi
Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak edib. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan iyunun 26-sı Silahlı Qüvvələr Günü Kəlbəcər və Laçın rayonlarına səfər etmişdir. Bu səfərin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunan torpaqların bərpası prosesinin sürətlənməsi baxımdan da strateji təsirləri vardır. Səfər zamanı Ali Baş Komandan İlham Əliyev komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş mərasimdə iştirak etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və hərbçiləri 26-İyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmişdir.
Daha sonra Müdafiə naziri Zakir Həsənov yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə prezidentə məlumat vermişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev çıxış etmiş və öz çıxışı ilə dünya ölkələrinin də gündəminə düşmüşdür. Öz çıxışı zamanı İlham Əliyev bildirmişdir ki, Azərbaycan ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran vəzifələri şərəflə yerinə yetirir, ərazi bütövlüyünü müdafiə edir və sərhədləri qorumaq üçün imkanlardan istifadə edir.
Azərbaycan Ordusu müasir silahlarla təhciz edilmiş, cəmi 44 gün ərzində nəyə qadir olduğunu,Şuşa kimi alınmaz qalanın azad edilməsini sübut etmişdir. Məhz bütün bunlar Azərbaycan əsgərinin yüksək ruhlu, vətənpərvər olmasının göstəricisidir. 44 gün ərzində Ermənistan ordusunda panika və isterika vüsət almış və özlərinin də dediyinə görə 10 min fərarisi olmuşdur. Və nəhayət Azərbaycan Ordusu qarşısında tab gətirməyib kapitulyasiya aktına imza atmışdır.
Müharibədən sonra Azərbaycan Ordusu daha da güclənmiş,ən müasir silahlarla təhciz edilmişdir.İşğaldan azad olunmuş torpaqlarda quruculuq işləri sürətlənmiş,yeni yollar salınmış,hava limanları tikilmişdir. Sonra prezident Kəlbəcər rayonunda yerləşən “İstisu”sanatoriyasının təməlqoyma mərasimində iştirak etmişdir. Laçına yollanan Ali Baş Komandan İlham Əliyev hava limanının tikintisi ilə yaxından tanış olmuşdur.