Dünyaya Azərbaycandan doğan günəş-Heydər Əliyev
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu,141 nömrəli tam orta məktəbin direktoru
“Mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.” – öz şərəfli ömrünün qısa xronikasında belə demişdir Ulu Öndər Heydər Əliyev. Hər bir insan dünyaya müəyyən missiya üçün gəlir, amma bəzi insanların həyatı və fəaliyyəti adi insanların ömrünü fövqündə dayanır, daim sönməz ulduz kimi parlayır. Xalqının, dövlətinin taleyində silinməz izlər buraxmış, cismən həyatı tərk etsə də, ruhən qəlbimizdə yaşayan Ümumilli Lider Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Nəinki iqtisadi-siyasi sferada həmçinin milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görülmüşdür. Ədəbiyyat, incəsənət, elm xadimlərinə xüsusi diqqət ayırmış, tarixi irsin qorunmasında müstəsna xidmətləri olmuşdur
Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu hadisə böyük şəxsiyyətin prinsipial mövqeyi, siyasi iradənin təcəssümü, öz xalqına sadiqliyinin nəticəsi olaraq prinsipial vətəndaş mövqeyindən irəli gəlmişdi.İmperiya buxovlarını qırmağa hazırlaşan azadlıqsevər xalqımızın oyanışında Heydər Əliyevin əməlləri həmişə tarixdə qızıl hərflərlə yazılıdı.
Məhz XX əsrin 50-70-ci illərində başlamış Milli Oyanış hərəkatının məntiqi nəticəsi milli azadlığın əldə edilməsi oldu. Təbii ki, məşəqqətlərlə. Bütün proseslərdə liderliyini sübut edən Ulu Öndər, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında olanda vətənə qayıtdı. Milli dövlətçilik ənənələrinin bərpa edilməsi, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərarlar verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi.
Tariximizin əlamətdar hadisəsi isə 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi oldu. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Eyni zamanda cəbhədə gərgin vəziyyətin daha da artmaısının qarşısını almaq üçün müdrik lider qətiyyətli addım atdı. Atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının göstəricisi idi həm də ona görə ki, ordunun yenidən qurulması, dövlət quruculuğundakı boşluqları doldurmaq, sabitlik şəraitində sosial rifahı yüksəltməyə xidmət edirdi. Azərbaycan Respublikası Heydər Əliyev dühası sayəsəində 1994-cü ildən yeni, dayanıqlı iqtisadi inkişaf mərhələsinin qədəm qoydu. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər və hazırlanan Dövlət Proqramları bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Sistemli daxili siyasətlə yanaşı uğurlu xarici siyasət yürüdən Ulu öndər Azərbaycan həqiqətlərinin təbliğatçısı oldu.Mötəbər kürsülərdə yenicə müstəqillik qazanmış, müharibə vəziyyətində olan dövlətinin əsas siyasi amalını,dönməz iradəsini, xalqının haqq səsini dünyaya car etdi.
Həyatın bütün sahələrində təcrübəli və diqqətcil olması Ulu Öndəri dövlət xadimindən daha üstün edən cəhətləri idi.1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.Qadınların dövlətin idarəolunma prosesində iştirakını dəstəkləyən Ulu Öndər Heydər Əliyev 1998- ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və həmin ildən başlayarqa hər 5 ildən bir Azərbaycan qadınlarının Qurultaylarının keçirilməsini təmin etdi.
Ümummilli dəyərlərə və demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan Ulu Öndər, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin özündə birləşdirən bəşər tarixində nadir rast gəlinən unikal şəxsiyyətdir.
Daim qəlbimizdə yaşayacaq dahi şəxsiyyət Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq. Ruhun şad olsun Ulu Öndər Vətənimiz ən xoşbəxt illərini yaşayır və bu gözəlliklərdə sənin imzan var!