Dünya siyasətində Heydər Əliyev zirvəsi

Dünya siyasətində Heydər Əliyev zirvəsi

Nizaməddin Ağcayev 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin direktoru

Böyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər.”Dağ boyda kişi”, “dağ cüssəli igid”, ”dağ vüqarlı oğul” və sair və ilaxır. İlk növbədə gözlərim önünə  xalqımızın qəhrəman oğulları, müdrik rəhbərləri, igid sərkərdələri, korifey sənətkarları, ən məşhur elm və mədəniyyət xadimləri gəlir. Daxili dünyamda belə bir bənzətmə aparıram. Kimisini Savalana, kimisini Bazardüzünə, Baba dağına və s. Ən uca dağ  zirvələrinə bənzədirəm. Bütün bu bənzətmələrdən fərqli olaraq Heydər Əliyevi Himalayın ən uca zirvəsi olan Everestlə müqayisə etmək mənim üçün daha asan oldu.

Yaşadığımız planetdə, coğrafi relyefdə Everestdən uca zirvə olmadığı kimi, dünya siyasətində də Heydər Əliyevə tay tutulası, onun səviyyəsində  durası şəxsiyyət yoxdur. Uca dağların əzəməti, zirvələrin əlçatmazlığı, möhtəşəmliyi yaxından yox uzaqdan daha aydın göründüyü kimi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani yoxluğundan  müəyyən vaxt keçdikdən sonra ideyalarının, əməllərinin təntənəsi zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir. Təbii ki, elə əfsanələşmiş tarixi şəxsiyyətlər vardır ki, biz onları minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin kəslər həqiqətənmi bu qabiliyyətin sahibi olmuşlar. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanlar tərəfindən  etiraf olunmuşdur. Onlardan biri liderimizi belə təqdim etmişdi: “Heydər Əliyev dünyanın etiraf etdiyi görkəmli liderdir”. Daha bir dövlət xadimi Eduard Şevardnadze isə  bu fikri bir qədər də qüvvətləndirmişdir: “20-ci əsr liderlər əsridir,əsrin lideri isə Heydər Əliyevdir.”

Bəli, Heydər Əliyev böyük lider, yenilməz siyasətçidir. Müstəqil dövlət qura bilən millətlər hər zaman öz daxilindən siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec-tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Keçən əsrin 90- cı illərinin çox mürəkkəb dönəmində Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş oldu. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyiinin inkişafını hər kəs gördü və beləliklə, Azərbaycan yüksək iradə, inam və ağılla çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır. Əlbəttə, bir məqalədə bu dahi insanın siyasi irsinin  bütün aspektlərini əhatə etmək mümkün deyildir. Yalnız bir sıra məqamların üzərində dayanmaq, müəyyən fikirlər ifadə etmək olar...Hər bir şəxsiyyət lider olmur. Ancaq Heydər Əliyev dünya səviyyəsində xarizmatik lider idi. O, diplomatik addımları ilə ən güclü dövlət başçılarını belə ram edə bilirdi. Bu cür faktlar Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə kifayət qədərdir. Həmin danışıqlarda ABŞ, Rusiya və Fransanın dövlət rəhbərləri, təcrübəli diplomatlar, nazirlər iştirak edirdilər və həmin insanlarla Heydər Əliyev gərgin mübarizə apararaq Azərbaycan dövlətçilik maraqlarını təmin edirdi. Bir məqamı xatırlatmaq istərdim. Heydər Əliyevin ABŞ-ın o dövrdəki vitse-prezidenti Alber Qora verdiyi usta və çox məntiqi cavabı diplomatiyaya tarixi naxışdır. A.Qor Azərbaycan prezidentinə dünya ilə savaşmamağı və Dağlıq Qarabağdan vaz keçməyi təklif etmişdi. Onda Heydər Əliyev “Siz prezident administrasiyasını təmsil edirsiniz, mən isə Azərbaycan xalqını. Mən xalqımın mənafeyinə uyğun olmayan sənədə imza ata bilmərəm” cavabını vermişdi. Yalnız bu cavabdan sonra sənəddə düzəliş edilmişdi.

Xarici siyasət kursunu suverenlik prinsipi əsaında mükəmməl qaydada aparan Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daim artması prosesinə şərait yaratdı. Ulu öndər 1995-ci ildə oktyabrın 22-də Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi təntənəli iclasında Azərbaycanın xarici siyasətinin əsas məğzini dünyaya bəyan etmişdir.

Bu gün bizim üçün ən önəmli fakt, böyük xalqın xoşbəxtliyi ondan ibarətdir ki , Heydər Əliyevin Azərbaycan üçün etdiyi ən gözəl işlərdən biri çox layiqli siyasi varis yetişdirməsidir. Siyasi varisliyin təmin edilmədiyi ölkələrdə indi ya sabitlik yoxdur, ya da çox zəifdir. Heydər Əliyev isə öz siyasi varisini dəqiq müəyyənləşdirdi, təcrübə də göstərdi ki millət fədaisi qətiyyən yanılmayıb.

Prezident İlham Əliyev göstərdiyi fəaliyyət, gördüyü işlər tezisin doğruluğunu tam təsdiq edir. Ölkəmizin iqtisadi dirçəlişi, mədəni inkişafı və nəhayət Vətən nmüharibəsindəki zəfəri  ən böyük nailiyyəti hesab oluna bilər.

Bu gün Azərbaycan keçmişi, indisi və gələcəyi ilə möhkəm əlaqə yarada biləcək böyük  bir irsə sahibdir. Vətənimiz bu gün azaddır , müstəqildir, bütövdür. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir, dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu Öndərimizin arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasında özünəlayiq yüksəkliyə ucalacaqdır.