“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi ölkəmizin milli mübarizə tarixində xüsusi önəm daşıyır

Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru
Azərbaycan xalqının dövlətçilik tarixi çoxəsrlik mübarizələrlə, böyük sınaqlarla və şərəfli qələbələrlə zəngindir. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı da tarixin müxtəlif mərhələlərində işğala, təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq, heç vaxt dövlətçilik iradəsindən dönməmiş, müstəqillik əzmini itirməmişdir.
Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi ölkəmizin milli mübarizə tarixində xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamında vurğulandığı kimi:
Bu gün dövlət suverenliyi yalnız siyasi müstəqillik deyil, həm də xalqımızın milli qüruru və gələcək inkişafinın təminatıdır.
Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetində çıxışında qeyd etmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi,
2025-ci ilin isə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyimizin inkişafinda yeni mərhələdir. Bu il ərzində ölkənin bütün sahələrində suverenliyin möhkəmlənməsi, milli dəyərlərin qorunması və hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi prioritet istiqamət kimi müəyyən edilmişdir.
Azərbaycan xalqı bundan sonra da öz dövlət suverenliyini qoruyacaq, milli varlığını və dövlətçiliyini daha da möhkəmləndirəcəkdir.