Cəbrayılın azad olunması bizi Böyük Qələbəyə daha yaxın edirdi

Cəbrayılın azad olunması bizi Böyük Qələbəyə daha yaxın edirdi
Natəvan Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktor müavini
Cəbrayıl rayonunun erməni işğalından azad edildiyi gün. Həmin gün 27 illik həsrətə son qoyuldu. 2020-ci ilin 27 sentyabrından başlayan müharibədə bu ilk qələbə idi. Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı.
Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. 1993-cü il l avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Təbii sərvətlərlə zəngin olan bu torpaqdağın ərazisində sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu.
Erməni vandalları təkcə Cəbrayılın əhalisinə, təbii sərvətlərinə deyil, həm də tarixi abidələrənə də zərər vurublar. Belə ki, Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi və daha neçə tarixi abidələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdırdır.
2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Bu uğur bizi Böyük Qələbəyə daha yaxın edirdi.
Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Rayon ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Təsadüfi deyil ki, ölkə başçısı işğaldan azad olunmuş digər rayonlarımız kimi Cəbrayıl rayonunda gedən abadlıq, quruculuq işlərinə xüsusi diqqət göstərir.
Cənab Prezident İlham Əliyev 2021-ci ilin fevralında Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanış olmuş, həmin il aprelin 26-da Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçularla görüşmüş, oktyabrın 4-də “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimində, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Bu gün artıq biz Cəbrayılın azad olunmasının 2 illiyini qeyd edirik. İki il sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.