Cəbrayıl şəhərinin işğaldan azad edilməsi böyük qayıdışın başlağıcı oldu

Cəbrayıl şəhərinin işğaldan azad edilməsi böyük qayıdışın başlağıcı oldu

Aynur Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü
“Buta” körpələr evi və uşaq bağçasının müdiri vəzifəsini icra edən

Azərbaycanın müasir tarixində 2020-ci il Vətən müharibəsi xalqımızın yaddaşına qürur və zəfər ili kimi həkk olundu. Həmin müharibədə azad edilən torpaqlar arasında Cəbrayıl şəhərinin xüsusi yeri vardır.4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xalqımızın illərlə həsrətini çəkdiyini böyük qayıdışın başlağıcı oldu. Məhz buna görə 4 oktyabr tarixi Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu gün Azərbaycan xalqı üçün həm qələbənin, həm milli həmrəyliyin, həmdə dövlətçilik iradəsinin təntənəsidir.

Cəbrayılın azad olunması bir tərəfdən Azərbaycan Ordusunu qəhramanlığını nümayiş etdirisə, digər tərəfdən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin və qətiyyətli siyasətin nəticəsi oldu.Dövlət başçısı bütün müharibə dövründə xalqına verdiyi dəqiq və qəti mesajlarla həm cəbhədə döyüşən əsgərlərə, həm də arğada olan insanlara olan güc verdi.Cəbrayılın azadlığı barədə müjdəsini xalqa catdırması Azərbaycan tarixini ən qürurlu anlarından biri  kimi yadda qaldı.

Prezident İlham Əliyevin Cəbrayıl şəhərinə müharibədən sonraki səfərləri də xüsusi əhəmiyyət daşıyır. O,dəfələrlə Cəbrayıla səfər edərək aparılan quruculuq işləri ilə şəxsən maraqlanmış,bir cox strateji layihələrin təməlini qoymuşdur.Bu səfərlər zamanı dövlət başçısının çıxışları həm tarixi yaddaşın qorunmasına, həm də gələcəyə böyük inamın formalaşmasına xidmət etmişdir.İlham Əliyevin iştirakı ilə Cəbrayılda yeni yolların çəkilməsi, məktəblərin, yaşayış komplekslərinin, sənaye müəssisələrinin və enerji layihələrinin təməlinin qoyulması bu şəhərin yenidən dirçəlişinin əsasını təşkil edir.

Cəbrayıl şəhəri günü artıq yalnız bir şəhərin deyil,bütün Azərbaycanın qürur gününə çevrilmişdir.Bu gün həm şəhidlərin xatirəsinin anıldığı,həm də azad olunmuş torpaqların sevinci ilə qeyd olunan müqəddəs bir gündür Prezident İlham Əliyevin Cəbrayıla səfərləri isə bu günün əhəmiyyətini daha da artırır,tarixi qələbəmizi gələcək nəsillərə ötürmək baxımından mühüm rol oynayır.

Beləliklə, Cəbrayıl şəhəri günü və Prezident İlham Əliyevin bu bölgəyə səfərləri yalnız keçmişin xatırlanması deyil,qayıdışın və dirçəlişin təntənəsidir.Bu gün xalqımızın birliyini,dövlətimizin gücünü və gələcəyə inamını əks etdirən tarixi hadisə kimi daim yaddaşlarda yaşayacaqdır.