Cəbrayıl şəhərində iri miqyaslı quruculuq işləri davam edir

Cəbrayıl şəhərində iri miqyaslı quruculuq işləri davam edir
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
44 günlük müharibə və qazandığımız Zəfər tariximizin ən şanlı səhifələrindəndir. Bəli, bu gün biz qurur hissi ilə azad edilmiş torpaqlarda qalib ölkənin vətəndaşları kimi tarixi ədalətin bərpasına sevinirik. Təbii ki, bu qalibiyyət bir günün işi deyildi. Cənab İlham Əliyevin illər ərzində apardığı məqsədyönlü xarici siyasətin labüd nəticəsi idi. Müharibə zamanı xalqımızın birlik nümayiş etdirməsi bir ürək, bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməsi əbədi olaraq tarixin yaddaşında qalacaq. Gələcək nəsillər bu zəfəri qəhrəmanlıq salnaməsi kimi öyrənəcək.
44 günlük müharibə zamanı azad edilmiş torpaqlarımızdan biri də Cəbrayıl şəhəri idi. Şəhərin azad olunmasının xüsusi əhəmiyyəti var. İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Cəbrayıl şəhərinin azad olunması ilə Hadrut əməliyyatı keçirilmişdi. Hamıya məlumdur ki, çox böyük peşəkarlığa malik olan əməliyyatdır.
Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad etməklə bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Azad edilmiş torpaqlarda iri miqyaslı quruculuq işləri davam edir və edəcəkdə. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışdı. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Hec kim unutmamalıdır ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Buna baxmayaraq, biz uzun illər məsələni sülh yolu ilə həll etməyə çalışdıq. Haqlı mübarizəmizdə gördüyümüz ədalətsiz yanaşmalar bizim sülhə olan etimadımızı itirdi.
Nəticədə, Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər və bu gün də Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Bu gün anti-Azərbaycan qüvvələrinin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik. Buna hec kimiz şübhəsi olmasın. Azərbaycan artıq bütün dünyaya öz gücünü göstərib. “Dəmir Yumruq” hələ də öz yerindədir. Azərbaycan xalqı heç bir halda düşmənin çirkin oyunlarına meydan verməyəcək. Biz, Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik və bütün dünya da bilsin ki, bu birlik əbədidir!