Çoxşaxəli və balanslaşdırılmış siyasət ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmləndirdi
Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətdə əsas məqsəd beynəlxalq birliyin bütün üzvlərilə, əsasən də qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq əlaqələrinin qurulması idi. Lakin xarici siyasətdə aparılan yanlış yol, həmçinin də Qarabağ müharibəsinin başlanması dostluq əlaqələrinin qurulmasına ciddi mane olurdu. 1993-cü ildə H.Əliyevin ölkə rəhbərliyinə gəlməsi xarici siyasətdə də köklü dəyişikliyə gətirib çıxardı. Onun Rusiya ilə əlaqələrə önəm verməsi, bir neçə dəfə də Rusiyaya səfər etməsi də xarici siyasətin əsas dəyişikliklərindən biri idi.
2003-cü ildə ölkə Prezidenti cənab seçilən İlham Əliyev, Ümumilli lider Heydər Əliyevin uğurlu xarici siyasətini davam etdirdi. Çoxşaxəli və balanslaşdırılmış siyasət ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmləndirdi. Həmçinin Ermənistan istisna, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan əlaqələr daha da gücləndi. Cənab İlham Əliyevin xarici siyasətində əsas yer tutan ölkələrdən biri də Rusiya Federasiyasıdır. Dünyanın əsas güclərindən biri olan şimal qonşumuzla bərabərhüquqlu tərəfdaşlığın qurulması ölkə başçısının ən böyük uğurlarındandır. Aparılan doğru siyasətin nəticəsidir ki, Vətən Müharibəsində Rusiya birtərəf mövqe sərgilədi. Halbuki hər kəs Rusiyanın Ermənistana intensiv dəstək verəcəyini gözləyirdi.
Prezidentin Rusiyaya son səfəri isə 22 fevral 2022-ci ildə baş tutmuşdur. Ölkəmizin başçısı Vladimir Putinlə görüşdə bildirmişdir ki, bu sayca onun Rusiyaya Prezident kimi 48-ci səfəridir. Bu da onun Rusiya ilə əlaqələrə necə önəm verdiyini bir daha göstərir. Görüşdə 2 dövlət arasında “Müttəfiqlik fəaliyyəti haqqında bəyannamə” imzalanmışdır. Bəyannamədə təhlükəsizlikdən tutmuş ticarətə qədər bütün məsələlərə toxunulur. Bəyannamənin mütərəqqi cəhətlərindən biri də, tərəflərin ərazi bütövlüyünə və sərhədlərə hörmət bildirilməsidir. Bu bəyannamədə təhlükəsizlik, terrorizmə qarşı mübarizə və 10 noyabr 2020-ci il bəyannaməsinin yerinə yetirilməsinin zərurəti də öz əksini tapmışdır.
Ümumilikdə, İlham Əliyevin Moskvaya səfəri çox uğurlu keçib. Hal-hazırda beynəlxalq münasibətlərdəki çox gərgin vəziyyət tələb edir ki, çevik xarici siyasət aparılsın. Cənab Prezident İlham Əliyevin həmişə çox aktiv və ölkəmizin gələcəyini düşünərək düzgün xarici siyasət yürütmüşdür. Hər zaman çıxışlarında “Ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi əsas məqsədimizdir” deyən cənab Prezidentin bundan sonraki fəaliyyətində də ölkəmizin milli maraqlarını qoruyacağına tam əminik və buna inanırıq!
Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri