COP29-da aparıcı Qərb ölkələrini güzəştə məcbur edən 2 amil - Azərbaycanın əzmi və dünya xalqlarının təzyiqi

COP29-da aparıcı Qərb ölkələrini  güzəştə məcbur edən 2 amil - Azərbaycanın əzmi və dünya xalqlarının təzyiqi
Elşad Həsənov
 
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq
Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Azərbaycanda çox uğurlu keçirildi. Bəzi ölkələr buna müxtəlif vasitələrlə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər. 

Bakıda keçirilən bu mötəbər qlobal tədbir 196 ölkədən 77 min nümayəndəni bir araya gətirərək Azərbaycan tarixində ən böyük konfrans oldu. Tədbirdə ən çox müzakirələrə səbəb olan məsələ inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərməkdə həvəsli olmaması idi. Yəni lazım olan qədər maliyyə yardımı göstərmək istəmirdilər. İstəyirdilər maliyyə yükünü inkişaf etməkdə olan ölkələrin üzərinə qoysunlar, konkret qərarlar qəbul etməsinlər və s. Ancaq sonda Azərbaycanın məqsədyönlü fəaliyyəti, beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında inkişaf etmiş ölkələr də, inkişaf etməkdə olan ölkələr də güzəştə, kompromisə getməli oldular. Ancaq onların bu kompromisə getməsi də COP-ların tarixində ilk hadisədir. İndiyə qədər keçirilən COP-ların heç birində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu dərəcədə kompromisə getmirdilər. Yəni buna hazır olmurdular. Bu dəfə məhz Azərbaycanın sayəsində, ölkəmizin təşkilatçılığı və məqsədyönlüyü fəaliyyəti ilə sözügedən dövlətləri Bakıda kompromislərə gətirmək mümkün oldu.

Azərbaycanın davamlı səyləri və uğurlu təşkilatçılığı, nüfuzu sayəsində konfrans iştirakçıları kompromis əldə etdilər. Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, bəlli platformaların COP29-a qarşı apardıqları sistemli qaralama kampaniyası fiaskoya uğradı: “Nəticədə, doğrudan da COP29 çox yüksək səviyyədə keçirildi və bəlli dairələrin qaralama kampaniyası tədbirə kölgə sala bilmədi. Azərbaycan 11 ay ərzində belə çətin bir tədbirə hazırlaşdı. Cənab Prezident İlham Əliyev daim hazırlıq prosesini diqqət mərkəzində saxladı. Kifayət qədər böyük sayda tədbirdə iştirakçı var idi. Yüzə yaxın dövlət və hökumət başçısı tədbirə qatılmışdı. ABŞ prezidenti Cozef Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. Əldə olunan nəticələrə görə də tərəfləri və COP29-un prezidentini təbrik edib.

Tədbiri gələcəyə doğru düzgün addım kimi qiymətləndirib. Qəbul edilən sənədə əsasən, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə üçün illik maliyyə dəstəyini 300 milyard dollara çatdırmağı öhdələrinə götürüb. Bu, doğrudan da çox ciddi nəticədir və bu haqda da Prezident Əliyev öz çıxışında bildirib. 76 mindən çox iştirakçının qatıldığı COP29 çox yüksək səviyyədə təşkil olundu. Ən başlıcası isə, COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunub. 6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksəkkeyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir.

Nəzərə almaq lazımdır ki, xüsusən də inkişaf etməkdə olan ada dövlətləri iqlim dəyişmələrinin çox ağır yükünü daşıyırlar. Buzlaqlar əriyir və nəticədə kiçik ada dövlətlərinin su altında qalma təhlükəsi artır. COP29-da İtki və Zəfər Fondu tam iştirak vəziyyətə gəldi. Azərbaycanın davamlı səyləri və uğurlu təşkilatçılığı, nüfuzu sayəsində konfrans iştirakçıları kompromis əldə etdilər. Ona görə də əldə olunan razılaşma böyük razılaşmadır. O baxımdan hesab edirəm ki, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri ilə mübarizədə kömək edəcək. COP-ların içində ən yaddaqalanı COP29 oldu”.