İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq lazımdır

İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq lazımdır

Sübhan Şərifli

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Dövlət Sosial müdafiəsi Fondunun Sosial Tərəfdaş Təcrübə Programının Rəhbəri

Prezidentin göstərdiyi etimadı doğrultmaq, onun tapşırıqlarını icra etmək və cəmiyyətdə yüksək nüfuz və səmimi hörmət qazanmaq hər bir dövlət işçisinin bir nömrəli vəzifəsi olmalıdır. Sadəlik, səmimiyyət və xalqın bir nəfəri olmaq hər bir məmura baş ucalığı gətirən amildir. 

Prezident cənab İlham Əliyevin 12 noyabr 2025-ci il tarixində Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi fundamental çıxış, Azərbaycanın dövlət idarəetmə sisteminin təməl prinsiplərini bir daha təsdiqlədi. Bu çıxış, hər bir dövlət məmurunun fəaliyyəti üçün istiqamət olmalıdır. 

Prezidentin çıxışının ana xəttini məmurun xalqa xidmət öhdəliyi təşkil edir: “İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”. Bu, Azərbaycan dövlətinin vətəndaşlarına qarşı həyata keçirdiyi siyasətin əsas prioritetidir. Gənc ictimai fəal, İctimai Birlik sədri olaraq düşünürəm ki, Prezidentin tələbinə uyğun olaraq, indiyə qədər olduğu kimi, vətəndaşların qayğıları ilə yaşamaq, daima onların arasında olmaq, problemləri yerindəcə, səlahiyyət çərçivəsində həll etmək bundan sonra da davam etməlidir. Bu, rəsmi qəbullarla yanaşı, mütəmadi olaraq səyyar görüşlərin təşkilini, vətəndaşların müraciətlərinə şəffaf və operativ cavab verilməsinin daha diqqətlə davam etdirilməsini tələb edir.