Çin Azərbaycanın ən böyük 3-cü iqtisadi tərəfdaşına çevrilib

Çin Azərbaycanın ən böyük 3-cü iqtisadi tərəfdaşına çevrilib
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin 
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Sülh, İnkişaf və Qarşılıqlı Etimad Yolunda Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibədə Azərbaycan-Çin münasibətlərinin sürətli inkişafını və strateji tərəfdaşlığın dərinləşdiyini vurğulayıb. Prezident 2023-cü ilin iyulunda imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli münasibətlərdə tarixi dönüş nöqtəsi olduğunu xüsusi qeyd edib. Bu sənəd iki ölkə arasında əməkdaşlığın bərabərlik, qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslandığını təsdiqləyir.
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur.
Müsahibədə İlham Əliyev iqtisadi-ticari əlaqələrin son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyini, Çinin Azərbaycanın dördüncü ən iri ticarət tərəfdaşına çevrildiyini, habelə qeyri-neft sektorunda, tranzit daşımalarında və yüksək texnologiyalar sahəsində əməkdaşlığın böyük potensial daşıdığını vurğulayıb. Azərbaycanın “Kəmər və Yol” təşəbbüsündəki fəal rolu, Orta Dəhliz vasitəsilə tranzit daşımaların artması isə bu əməkdaşlığın regional nəqliyyat və ticarət xəritəsində mühüm yer tutduğunu göstərir.
Prezident həmçinin Çin ilə təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdiyini, Azərbaycan vətəndaşlarına viza rejiminin sadələşdirilməsinin qarşılıqlı insan əlaqələrini daha da gücləndirəcəyini bildirib. Müsahibə boyu İlham Əliyev Azərbaycanın qlobal sülh, ədalət və çoxtərəflilik prinsiplərinə sadiqliyini, xüsusilə də BMT, Qoşulmama Hərəkatı və ŞƏT çərçivəsində əməkdaşlıq ruhunu vurğulayıb. O, Çinin dinamik inkişafını və Sədr Si Cinpinin qlobal siyasətdəki uzaqgörənliyini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inam ifadə edib.
Bu müsahibə bir daha təsdiq edir ki, Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimad, davamlı əməkdaşlıq və beynəlxalq sülh naminə ortaq baxış üzərində qurulub.