YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
                                                                                                    Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə yerli təşkilatın məsləhətçisi Fərəh Məcidzadə iştirak etmişdir.
Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Arzu Məmmədova iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Arzu Məmmədova bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
ƏPT-nin sədr müavini vəzifəsinə üzvlərin yekdil qərarı ilə Tahirə Məmmədovanın namizədliyi irəli sürülmüşdür. ƏPT-nin üzvlərinin səsverməsi nəticəsində Tahirə Məmmədova sədr müavini seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədr müavini Tahirə Məmmədova göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək demişlər ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət edəcəkdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək ƏPT-nin yeni seçilmiş sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. 
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.