"Zəfərin səsi" adlı tədbir keçirilmişdir
4 noyabr 2025-ci il tarixdə Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbdə “8 noyabr-Zəfər gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfərin Mübarək, Ey Şanlı Azərbaycan!” adlı tədbir keçirilmişdir.Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, məktəbin direktoru Günel Fətəliyeva və məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Suraxanı rayonu, 232 nömrəli tam orta məktəb direktoru Günel Fətəliyeva qeyd etmişdir ki, bu gün məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövləti və millətin gələcəyi üçün bir o qədər yeni inkişaf və tərəqqi perspektivləri açılar, şanlı zəfərimiz daha da möhkəmlənər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək xüsusi qeyd etmişdir ki, vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi deyil. Cəmiyyətdə hər kəs bu sahədə öz üzərinə məsuliyyət götürməlidir. Fərəh Məcidzadə YAP-ın təşkilatının bu sahə böyük təcrübəsi və ciddi uğurları olduğunu vurğulamışdır.
Sonda xatirə şəkili çəkdirilmişdir.