Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan böyük beynəlxalq layihədir
Könül İsmayılova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayonu,163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi
- Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan böyük beynəlxalq layihədir. Bu layihə vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinə ixrac edilir.
- Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropa bazarlarına qaz tədarükünü artırmağa hazırdır.
- Prezident layihənin uğurla həyata keçirilməsində iştirak edən ölkələr və şirkətlər arasında əməkdaşlığın vacibliyini vurğulamışdır.
- Azərbaycanın yaşıl enerji sahəsində böyük potensiala malik olduğu qeyd olunmuşdur. Xüsusilə günəş, külək və digər bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən biri kimi göstərilmişdir.
- Azərbaycanın gələcəkdə həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində beynəlxalq tərəfdaşlıq və enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək.
Bu iclas Azərbaycanın enerji siyasətində mühüm əhəmiyyət daşıyır. Prezidentin çıxışı ölkənin enerji təhlükəsizliyinə töhfəsini, Avropa ilə əməkdaşlığını və yaşıl enerji istiqamətində atdığı addımları vurğulamışdır.
Azərbaycanın enerji strategiyasında mühüm yer tutan layihələrdən biri Cənub Qaz Dəhlizi layihəsidir. Bu layihə Azərbaycan qazının Avropa bazarına çatdırılmasını təmin edir və bir sıra ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Layihə yalnız iqtisadi baxımdan deyil, həm də siyasi və strateji baxımdan böyük əhəmiyyətə malikdir. Bu layihə vasitəsilə Azərbaycan beynəlxalq enerji bazarında öz mövqeyini daha da möhkəmləndirmişdir.
Son illərdə ölkədə təkcə neft və qaz sektoruna deyil, həm də bərpa olunan enerji sahəsinə böyük diqqət yetirilir. Prezident İlham Əliyev müxtəlif çıxışlarında yaşıl enerjinin inkişafının gələcək üçün vacib olduğunu vurğulamışdır. Bu istiqamətdə günəş və külək enerjisindən istifadə imkanları genişləndirilir. Azərbaycanın müxtəlif bölgələrində yeni enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Həmin ərazilərin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi planlaşdırılır. Bu isə həm ekoloji mühitin qorunmasına, həm də ölkənin enerji balansının daha dayanıqlı olmasına kömək edir.
Azərbaycanın enerji siyasəti təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edir və gələcəkdə də qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edəcəkdir.