Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrində səyyar görüşlər keçirilmişdir

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrində səyyar görüşlər keçirilmişdir

27 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Yeni Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Yeni Suraxanı qəsəbəsində, şəhid Elnur Şahbazovun yaşadığı ev namizəd Həqiqət Məmmədovanın, Hövsan qəsəbəsi, Məktəbli küçəsində namizədlər İbrahim İbrahimovun, Elburus Xəlilovun, Seymur Rəsulovun, Əmircan qəsəbəsi, Əmir Nizaməddin küçəsində namizəd Elnur Mustafayevin və Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində namizəd Suqraxanım Hacıyevanın iştirakı ilə keçirilmişdir.

Seçirilən bütün səyyar görüşlərdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.

Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.