Bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir

Bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi  əsasında həyata keçirilməlidir

Könül Hümbətova

İctimai fəal

Dekabr ayının 12-də Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına, talanına etiraz olaraq Şuşadan-Xankəndiyə gedən yolda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə aksiya keçirilmişdir. Aksiyada Azərbaycan nümayəndə heyəti, ölkəmizin ictimai fəalları və qeyri-hökümət təşkilatlarının  təsisçiləri iştirak etmişlər. Sərvətlərimizin geri qaytarılması üçün xalqımız bu haqlı aksiyanı həyata keçirmişdir. İllərdir Azərbaycan torpaqları yağı düşmən tərəfindən tapdanmış, işğal olunmuş və zəngin sərvətimiz istismar olunmuşdur. Ölkəmizin sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Hamının gördüyü kimi aksiya dinc şəkildə həyata keçirilmişdir. Azərbaycan tərəfi heç bir qayda pozuntusuna yol vermədən suallarına cavab axtarır. Həmçinin səslərinin eşidilməsini haqlı olaraq tələb edirlər. Dinc aksiya iştirakçılarının məqsədi bölgədə sülhə nail olmaq olmuşdur.  Ermənilər isə həmişəki kimi öz xislətlərindən əl çəkməyərək, şərə-böhtana əl atmışlar. Onlar azərbaycanlıların yolu bağlaması iddiası ilə çıxış ediblər.  Guya azərbaycanlılar Laçın-Xankəndi yolunu bağlayaraq,  Ermənistana daxil olan humanitar yardım maşınlarının gedişinə mane olublar.  Onlar  bu dinc aksiyanın məğzini dəyişərək, yalan informasiyalar yaymağa başlamışlar. Guya aksiyada məqsəd Xankəndində yaşayan erməniləri təhdid etməkdən ibarət olmuşdur.  Belə dezinformasiyaların yayılmasına səbəb onların özlərinin törətdikləri haqsızlıqdan, istismardan diqqəti yayındırmaq olmuşdur. Bu onların hər zaman olduğu kimi  yalan fikirlərindən başqa bir şey deyildir. Fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmayıb.

Onu da qeyd edək ki, Rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 20-25 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardan ibarətdir. Prezident cənab İlham Əliyev humanitar dəhliz hesab edilən Laçın yolundan ərazimizə Ermənistandan silah-sursat və hərbi texnikanın daşındığını bir neçə dəfə vurğulamışdır.

10 noyabr 2020-ci il tarixində üç ölkənin liderləri bəyanat imzalayıb. Bəyanatın  4-cü maddəsində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildəyerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır. ” Ermənistan öz fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuş hesab olunur.

Bəyanatdan iki il keçməsinə baxmayaraq hələ ki. bu istiqamətdə bir addım belə atılmayıb, ermənilər Azərbaycan torpaqlarını tərk etməyib. Aksiyada haqlı bir şəkildə Azərbaycan media nümayəndə heyətləri və başqa iştirakçılar sivil qaydada bu bəyanatı və maddəni Rus sülhməramlarına xatırltmışdır. Onlar isə öz torpaqlarının bütövlüyünü qoruyan, haqqını tələb edən Azərbaycan vətəndaşına verəcək cavab tapa bilməmişdir.

Azərbaycan  xalqının birliyini, bir-birinə dayaq, dəstək durduğunu bütün dünya Laçın-Xankəndi yolunda keçirilən aksiyada bir daha görmüş oldu. Bu aksiyada iştirak edən fəlların ancaq bir arzusu vardır, Azərbaycan torpaqlarından qanunsuz istismara son qoymaqdan ibarət olub.

Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Bir xalq olaraq bu aksiyanın özünü doğruldacağına inanırıq.