Bütün bərpa işlər öz gücümüzə həyata keçirilir

Bütün bərpa işlər öz gücümüzə həyata keçirilir

AytənTalıbova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 276 saylı uşaq bağçasının direktoru

Prezident İlham Əliyev 15 iyul 2022-ci il tarixdə keçirilən müşavirədə bir çox məsələlərə aydınlıq gətirdi. Əvvəlcə Prezident ölkənin inkişafına nəzər saldı. Dövlətimizin başçısı bildirdiki, ölkəmiz uğurla inkişaf edir. Eyni zamanda ölkə başçısı  müşavirədə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd-enerji təhlükəsizliyi ilə bağlı saziş imzalandığını vurğuladı. Avropa İttifaqı tərəfindən Azərbaycana yeni layihələr təqdim edildiyi bildirildi. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

 

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur aparılan bağlı işlərlə yanaşı ərzaq təhlüksizliyinin də vacib məsələlərdən olduğunu bildirdi. Doğurdan da bu il bu problemlə nəinki biz, artıq dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, taxıl istehsalını artırmalıyıq  və artıracağıq. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi və aqrar potensiala malikdir. Prezidentin aqrar sahə ilə bağlı fikirləri fermerlər üçün mayak olmalıdır.

Azərbaycanda ən çox su ehtiyatları da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındadır. Suyun bol olması isə kənd təsərrüfatının inkişafı üçün geniş imkan yaradır. Qarabağ və Şərqi Zəngəzurda indi bütün diqqət həm də ərazilərin minalardan təmizlənməsi və infrastrukturun bərpasına  yönəlib. Paralel olaraq burada nəhəng infrastruktur layihələri icra olunur. Özü də bu layihələri bir manat da olsun köməksiz edirik. Bütün bərpa işləri öz gücümüzə həyata keçirilir.

Bu günə qədər Zəngəzur dəhlizinin  Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur.Texniki-iqtisadi əsaslandırılma olmadan heç bir icra iş icra edilə bilməz. Sonrakı mərhələdə isə diqqət bölgənin iqtisadi inkişafına verəcək. Bu işi uzatmaq isə Ermənistana ziyandır. Sülh müqaviləsinin imzalanması bütün region üçün faydalı olacaqdır.

Bu ilin 6 ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur və kadr islahatı aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Həmçinin, ölkə başçısı onu da qeyd etdi ki, hərbçilərin sosial müdafiəsi məsələləri də yüksək səviyyədə təmin edilir. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən məzillər verildi və ümid edirik ki, daha çox adam mənzillə təmin olunacaq. Bizim bir vətəndaş kimi borcumuz Ali Baş Komandanımızla Dəmir yumruğunun ətrafında sıx birləşməkdir.  Milli birliyimiz Vətənimizi daha da gözəlləşdirmək, Azərbaycan adını uca tutmaq və uğurlarımızı artırmaq naminə olmalıdır