Bu parad Azərbaycanın hərbi gücünün növbəti nümayişi idi. Çünki bu Zəfər Paradı idi
2016-cı ilin aprelində atəşkəs rejimi dövründə Azərbaycanın və erməni qoşunlarının təmas xəttində 1994-cü ildən sonra bən böyük hərbi qarçudurma baş verdi.Ermənilərin xeyli canlı qüvvəsi ,hərbi texnikası məhv edildi.Aprel qələbəsinin davamı 2018 mayda Naxçıva döyüşlərində öz əksini tapdı.Nəhayət 2020-ci ilin sentyabrın 27-də Azərbaycan tarixində qızıl hərflərlə yazılmış 1 gün gəldi: “Yatmış aslan oyandı və 44 günlük Vətən müharibəsində düşmən tərəfindən tutulmuş ərazilərimiz öz əzəli sahiblərinə qaytarıldı.Son 200 ildə Azərbaycan müharibədən qalib olaraq çıxdı,həmdə İlham Əliyev – Ali Baş Komandamız öz adını işğaldan azad edən yeganə Ali Baş Komandan kimi tarixə düşdü.O,həm hərb meydanında, həm də diplomatik cəbhədə mübarizə apardı.Onun zəkası, siyasi məharəti sayəsində diplomatik cəbhədə böyük uğurlar qazanıldı.
Zəfər paradında bir daha dünya ictimaiyyəti Prezidentimizin qətiyyətini gördü dövlətə, dövlətçiliyə sədaqətini gördü. Əməliyyatların ilk günü Cəbrayıl, Füzuli rayonlarının bir neçə kəndi işğaldan azad edildi.Qubadlı, Zəngilan, Xocavənd, Laçın, Tərtər rayonlarının azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması Azərbaycan ordusunun,xalqının nə qədər vətənpərvər olduğunu nümayiş etdirdi. Qardaş Türkiyə xalq müharibəmizdə sona qədər dəstəyini əsirgəmədi. Təzyiqlərə baxmayaraq Türkiyə prezidenti hər cıxışında Qarabağ həqiqətlərinə toxundu istır masada ,istərsədə hərb meydanında yanımizda olduqlarını bildirdi.”Azərbaycanın kədəri-kədərimiz, sevinci–sevincimizdir” deyirdi. Ulu öndərin söylədiyi “Bir millət iki dövlət anlayışı öz təsdiqini tapdı.
Dünya dövlətlərinin ermənipərəst açıqlamaları,təzyiqləri,sanksiyaları bizi haqq işimizdən döndərə bilmədi. Əksinə xalq öz Prezidentinin ətrafında sıx birləşərək,bir daha Azərbaycan xalqının nə qədər mərd, əzmkar, qürurlu xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyev Zəfər paradındakı çıxışında demişdir: “Müharibə dövründə mən deyirdim ki,bizim Dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu Dəmir yumruq düşmənin belini qırdı. Düşmənin İranla dövlət sərhəddinə nəzarətin tam təmin edilməsi Azərbaycan ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, qazilərimiz qazandılar. “
Hər il 8 Noyabr “Zəfər günü”, 27 sentyabr “Anım günü” kimi tarixə düşdü. 2020-ci il dekabrın 10-da Azərbaycanın İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş “Zəfər paradı” keçirildi. Bu paradda ordumuzun şəxsi heyətinin və hərbi texnikasının, həm də ordumuzun düşməndən ələ keçirdikləri hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Paradda qardaş Türkiyə Respublikasının Prezidenti Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın rəmzinin bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan Azərbaycanlıların sayı qədər Türk əsgərləri iştirak etdi.
“Zəfər paradı”nda Şuşaya sancılmış Qələbə Bayrağını Pənahəli xanın nəslindən olan Şuşanın ilk komendantı general mayor Zaur Məmmədov gətirdi. Bu parad Azərbaycanın hərbi gücünün növbəti nümayişi idi. Çünki bu Zəfər Paradı idi. Bu parad onu göstərdi ki, ermənilərin 26 ildə möhkəmləndirdiyi istehkamlar,səngərlər Azərbaycanın hərbi texnikası, əsgərləri qarşısında aciz qaldı. Paradda qənimət götürülmüş Ermənistan texnikası, bu texnikanın sonradan “Hərbi Qənimətlər parkı”nda saxlanması ermənilərin havadarlarına verilən bir mesaj idi.
Azərbaycan Silahlı Qüvvələri xalqımızı əmin etdi ki,hər hansı bir təxribatın qarşısını almağa,düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir. Cənab Ali Baş Komandanın dediyi kimi: ” Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa,nəticə eyni olacaq. Yenə Azərbaycanın Dəmir yumruğu onların belini qıracaq.”