Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb

Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
23.05.2024-cü il tarixindǝ Tacikistan prezidenti Emomǝli Rǝhmon Azǝrbaycana sǝfǝr edib. Hǝmin tarixdǝ Azǝrbaycan Prezidenti vǝ Tacikistan Prezidenti Emomǝli Rǝhmon mǝtbuata bǝyanatlarla çıxış ediblǝr. Tacikistan Prezidenti Emomǝli Rǝhmonun Azǝrbaycana 23.05.2024-cü il tarixindǝ baş tutan sǝfǝri zamanı hǝr iki ölkǝnin Dövlǝt bayraqlarının dalğalandığı Heydǝr Əliyev Beynǝlxalq Aeroportunda ali qonağın şǝrǝfinǝ fǝxri qarovul dǝstǝsi düzülmüşdü.
1992-ci ildǝn bǝri Azǝrbaycan-Tacikistan ǝlaqǝlǝri formalaşmağa başlamışdır. 2007-ci ildǝn etibarǝn isǝ sǝfirliklǝr yaranmış, parlamentlǝrarası ǝlaqǝlǝr formalaşdırılmışdır. 23 may 2024-cü il tarixindǝ baş tutan sǝfǝr çǝrçivǝsindǝ bir çox sǝnǝdlǝr imzalanmışdır, bu sǝnǝdlǝr isǝ yeni ǝmǝkdaşlıq ǝlaqǝlǝrinǝ atılan ilk addımlardır. Hǝmin bu sǝnǝdlǝr ticarǝt, iqtisadiyyat vǝ bir çox sahǝlǝri ǝhatǝ edir. Bu sǝfǝr zamanı imzalanan sǝnǝdlǝr Azǝrbaycan -Tacikistan dövlǝtlǝrarası ǝlaqǝni daha da dǝrinlǝşdirǝcǝk.
Ölkǝlǝrimiz arasında ǝlaqǝlǝrin inkişafında Azǝrbaycan Prezidenti İlham Əliyevin vǝ Tacikistan Prezidenti Emomǝli Rǝhmonun şǝxsi dostluq münasibǝtlǝri dǝ mühüm rol oynayır. Sǝmimi dostluq münasibǝtlǝri dövlǝt başçılarının qarşılıqlı sǝfǝrlǝrinin intensivliyindǝ vǝ mǝhsuldarlığında da özünü göstǝrir. Azǝrbaycan-Tacikistan dövlǝtlǝri arasındakı münasibǝtlǝr parlamentlǝr sǝviyyǝsindǝ dǝ uğurla davam etdirilir. Tacikistan Respublikasının Ali Mǝclisinin hǝr iki palatasında Azǝrbaycan Milli Mǝclisi ilǝ parlamentlǝrarası dostluq vǝ ǝmǝkdaşlıq qrupu mövcuddur. Ölkǝlǝrimizi tarixi dostluq ǝlaqǝlǝri, siyasi, humanitar vǝ digǝr sahǝlǝrdǝ münasibǝtlǝr dǝ birlǝşdirir. Azǝrbaycan vǝ tacik xalqları arasında tarixi, mǝdǝni vǝ dini bağlılıqlar iki ölkǝ arasındakı ǝlaqǝlǝrin ǝsasını tǝşkil edir.
Bu sǝfǝr hǝr iki dövlǝtin prezidentlǝrini bir araya gǝtirǝrǝk Azǝrbaycan vǝ Tacikistan arasında olan ǝlaqǝni daha da möhkǝmlǝtmiş, daha yeni uğurların baş tutmasına ilk addımlarını atmışdır.