Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb

Qulam Səfərzadə  

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini                        

Suraxani Rayonu, Zığ Qəsəbəsi İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəsi   

1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi keçirilir. Bu, Azərbaycana imkan verir ki, öz potensialını xarici investorlara təqdim etsin. Eyni zamanda 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Azərbaycana sərmayələr cəlb edildi və firavan gələcəyin əsası qoyuldu.

1994-cü ildə Birinci Qarabağ müharibəsində atəşkəs əldə olundu. Bundan bir necə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Qeyd etmək lazımdır ki, Azərbaycan o zaman sərmayə qoymaq üçün riskli bir ölkə sayılırdı. Azərbaycan 3 il idi ki müstəqillik qazanmışdı. Bu zaman dünyada bir çoxları Azərbaycan haqqında təsəvvürə malik deyildilər. Ölkəmiz sovet rejimindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Ərazilərimizin işğalı, milyonlarla qaçqın axını, vətəndaş qarşıdurması kimi amillər sərmayəçiləri qorxudurdu. Eyni zamanda ölkəmizdə neft kəmərləri və digər infrastrukturlar yox idi. İnvestorların cəlb olunması üçün böyük səylər lazım idi.

ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Sunak tədbirə öz məktublarını ünvanlayıblar. Bunun özü tədbirin qlobal əhəmiyyətindən xəbər verir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Bunun sayəsində Azərbaycan 30 ildir ki, dünya ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi isə milli təhlükəsizliyinə bərabər sayılır.


Avropa İttifaqı ilə Azərbaycan ötən il iyulda enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışlar. Ölkəmiz eyni zamanda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvüdür. Cənub Qaz Dəhlizi tarixi nəaliyyətdir. 3500 km lik Neft kəmərindən ibarət bir sistemdir. Bu enerji təhlükəsizliyində böyük rol oynayır. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təhcizatçısı adlandırırlar. Gələcəkdə nəzərdə tutulub ki, 2017 ci ilə qədər Avropa bazarına qaz təhcizatını iki dəfə artıraq. 2027 ci ildə 20 milyard kub qaz ixrac edilməsi planlaşdırılıb.


Strateji tərəfdaşlığımız BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layuhələr həyata kecirilir. Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Nəticədə Bolqarıstana da qaz nəql ediləcək. Daha sonra Ruminiya, Macarıstan, Serbiyaya qaz nəql ediləcək Beləliklə Azərbaycanın qaz ixraci coğrafiyı genişlənəcək. . Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədb irdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik.


Son ilyarım ərzində bizə 10 dan artıq ölkə müraciət etmişdir ki, təhchizatin həçmini artıraq və ya həmin ölkələrə təhcizata başlayaq. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Yalnız Xəzərdə 157 qiqavat həcmdə ehtiyat var. Quruda isə daha böyük potensialımız var. Eyni zamanda görüləsi işlərimiz də çoxdur. Belə ki, TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlara da çıxışımız olmalıdır. Bu məsələlər əlaqəli şəkildə həyata keçirilməlidir. Cünki bu işlərə böyük sərmayə qoyulub.

Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin gələcək inkişafı ilə əlaqədar xarici ölkələrlə bağlanmış müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətciliyimizin və milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteq­rasiyasının dərinləşməsinə, investisiya axınının genişlənməsinə, həmçinin də bütün bunlarla əlaqədar olaraq ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin daha da atmasına gətirib çıxaracaqdır.


Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, bazar iqtisadiyyatı şəraitində ölkə­mizdə neft-qazçıxarma sənaye sahəsinin sürətli inkişafı təmin edilmişdi. Bununla əlaqədar olaraq yanacaq-energetika sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafında bugünkü gündə oy­nadığı əhəmiyyətli rolunu çox yüksək səviyyədə qiymətləndirən dövlətimiz qeyri-neft sektorunun da inkişafını genişləndirmək məsələsini qarşıya bir məqsəd kimi qoymuşdur. Bu baxımdan Azərbaycanın imkanlarının genişliyi hər şeydən perspektivdə ölkənin yüksək davamlı inkişafının əsasən regionların istehsal potensialından səmərəli istifadə istiqamətində davam etdirilməsinə əsaslı şərait yaradacaqdır.

Bütün bu deyilənlərə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, neft-qazçıxarma sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi məqsə­də­­uyğundur. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Azərbaycanın neft-qazçıxarma sənaye sahəsindəki geniş imkanları nəzərə alınmaqla ölkəmizdə dayanıqlı inkişaf dinami­ka­sı­nın təmin edilməsində regionların istehsal, maddi və resurs potensialından səmərəli istifadə edilməsi istiqamətində əlverişli şəraitin yaradılması və formalaşdırılmasına nail olmaq lazım­dır.

Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik.