Bu doğma torpaqda yad ünsürlər at oynada bilməzlər

Bu doğma torpaqda yad ünsürlər at oynada bilməzlər
Gülnarə Quliyeva 
Suraxanı Gənclər Evinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Cənab Prezident İlham Əliyevin bölgələrə səfəri bir daha dövlət başçısının həmişə xalqın yanında olduğunu, insanların həyat şəraitini yaxşılaşdırmaq üçün iqtisadi inkişaf proqramlarının düzgün təşkil edilməsini göstərdi.
İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Cənab Prezident ölkəmizdə aparılan infrastruktur layihələri haqqında məlumat vermişdir. Müxtəlif sahələrdə: qazlaşdırma, yol tikintisi, məktəblərin tikintisi və yenidənqurulması uğurla davam etdirilir, Ağsu və İsmayıllı rayonunda elektrik təchizatı rayonun özündə tikilən elektrik yarımstansiyası ilə təmin olunur. İşsizliyin aradan qaldırılması ilə bağlı böyük layihələr icra edilib. Burada aparılan abadlıq işlərindən biri də xalqımız tərəfindən müqəddəs yer kimi tanınan “Diri Baba” türbəsinin bərpa və konservasiya olunmasıdır.
Bölgənin həm turizm potensialını gücləndirmək, həm də yeni iş yerlərinin açılması baxımından Basqalda otel açılmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsinə xidmət edən aqroparkın açılışı mühüm hadisədir. Cənab Prezident qeyd etmişdir ki, dünyada gedən istənilən iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Buna görə bir sıra iqtisadi proqramlar işlənib hazırlanmışdır. Artıq bir müddət sonra xaricdən istehlak edilən məhsullara olan tələbat öz daxili istehsalımızla əvəz olunacaq. Xüsusi proqram sayəsində yeni növ subsidiyaların tətbiq edilməsinə start verilməklə yaxın müddət ərzində Azərbaycan ərzaqlıq buğda ilə özünü 80 faiz səviyyəsində təmin edə biləcək.
Düşmən tapdağından azad edilmiş torpaqlarımızda aparılan əkin-biçin işləri ərzaq təhlükəsizliyimizin tam təmin olunmasında iqtisadiyyatımıza böyük kömək göstərəcək. Xüsusilə, bu ərazilərdə taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişafına böyük ümüdlər var.
Bütün bunlarla yanaşı, hələ də bizə qarşı təxribata əl atan ermənilər Azərbaycan əsgərini şəhid etməklə öz qaniçən simalarını bir daha göstərdilər. Ancaq əvvəlki dövrlərdən fərqli olaraq tez bir zamanda həmin qanunsuz erməni quldur dəstələri Müzəffər Ordumuz tərəfindən öz layiqli cəzalarını aldılar. Cənab Prezidentin sözləri ilə desək, “bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi”.
Artıq Azərbaycan torpaqlarında heç bir qanunsuz əməl törədilə bilməz. Bu doğma torpaqda yad ünsürlər at oynada bilməzlər. Laçın rayonunda qanunsuz yaşayan ermənilər çıxarılmalıdır, bu torpaqlar öz doğma sahiblərinə qovuşmalıdır. Burda ayrıseçkilikdən, xüsusi bir statusdan söhbət gedə bilməz. Azərbaycanda yaşayan başqa millətlər kimi Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. 10 noyabr 2020-ci il Bəyannaməsini pozmağa çalışan Ermənistan artıq Qarabağın Azərbaycanın ayrılmaz torpağı olduğu həqiqətini anlamalı və torpaq iddiasından, təxribatlardan əl çəkməlidir.
Düzgün dövlət siyasəti, qətiyyətli duruş, liderliyi sayəsində Prezident cənab İlham Əliyevin başçılığı altında ölkəmiz öz ali məqsədlərinə durmadan yol almışdır, bu yoldan dönməyəcəkdir!