Bu bəyannamə Azərbaycan dövlətçiliyinə böyük töhfələr verəcəkdir

Bu bəyannamə Azərbaycan dövlətçiliyinə böyük töhfələr verəcəkdir

22 Fevral 2022-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. 

Əsası hələ Ulu Öndərimiz Heydər Əliyev tərəfində qoyulmuş, ardı cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilmiş bu Bəyannamə, ümumillikdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük tarixi uğurlarından biridir.  Ulu öndərimiz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra yürütmüş olduğu xarici siyasətinin əsas meyarı qonşularla bərabər hüquqlu münasibətlərin qurulması olmuşdur.  Bu siyasətin davamı olaraq, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlk haqqında 3 iyul 1997-ci il tarixli müqaviləyə əsasən Rusiya Federasiyası və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Federasiyasının Prezidenti V.V.Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2018-ci il tarixli Bəyannaməsinə əsaslanaraq, ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının  maraqlarına tam şəkildə cavab verəcək regional və beynəlxalq təhlükəsizliyin və sabitiliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək.

Münasibətlərimiz keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq, iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də, səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində  yaxınlaşmasının vacibliyini dərk edərək iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan, hərtərəfli və bərabər hüquqlu əməkdaşlığın genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin Helsinki Yekun Aktının və Avropa Təhləsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Konsepsiyaya qəbul edilən digər sənədlərin məqsəd və prinsiplərinə beynəlxalq hüququn ümumi tanınmış prinsip və normalarına riayət edərək 43 bənddən ibarət Bəyannamə qəbul edilib. Bu Bəyannamə demək olar ki, bütün sahələri əhatə edir.  

Bu uğur həm xalqımızın iqtisadi həm də 44 günlük müharibədə əldə olunan qələbəmizin davamı idi. Bu bəyannamə Azərbaycan dövlətçiliyinə böyük töhvələr verəcəkdir. Bu tarixi Bəyannamə mənfur qonşularımızda çox böyük qısqanclıq yaratmışdır. Bəzi erməni siyasi dairələri az qala bunu özlərinin faciəsi kimi qəbul edirlər. 

Əfsuslar olsun ki, bizimdə ölkəmizdə özlərini müxalifət adlandıran xırda kütlə, bizim qələbəmizi, Prezidentimizin qələbəsini kölgə altına salmaq istəyirlər. Bu istəyin hardan qaynaqlandığı heç də sirr deyil. Ancaq bu kütlənin fikri xalqın fikri deyil.  Biz cənab Prezidentimizə minnətdarıq və onun ətrafında sıx birləşmişik. Onun yürütdüyü siyasət xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Bizim uğurumuz onun, onun uğuru isə bizimdir.

Gülnaz Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü