Brüsselə səfərinin nəticələri milli maraqların təmin olunması istiqamətində növbəti böyük uğurdur
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Sözügedən formatda İlk üçtərəfli görüş Brüsseldə 2021-ci ilin 14 dekabrında baş tutub. Növbəti üçtərəfli görüş isə 6 aprel 2022- ci ildə baş tutdu. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelın dəvəti ilə 6 aprel 2022- ci ildə Brüsselə səfər etmişdir. Keçirilmiş, 4 saat yarımdan artıq davam etmiş Brüssel görüşü belə nəticəyə gəlməyə əsas verir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Azərbaycan danişıqların bu platformada keçirilməsini dəstəkləyir. Çünki digər beynəlxalq təşkilatlardan fəqli olaraq Avropa İttifaqı qərəzsiz tərəfdir, Azərbaycanın və Aİ-nin bir-birinə qarşılıqlı etimadı var. Burada Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları kimi mühüm amil də diqqətdən qaçmamalıdır. Şarl Mişel Brüssel görüşündən sonra verdiyi bəyanatında həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlaması deməkdir. İki ölkənin Xarici İşlər Nazirliyinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması deməkdir. Sənəddə isə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Prezident Şarl Mişel bəyanatında etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. Aİ-nin, həmçinin, ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
6 aprel 2022- ci il tarixində Brüsseldə keçirilmiş görüşdə, nə də imzalanmış Bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun adının keçməməsi də Azərbaycan üçün mühüm məqam kimi vurğulanmalıdır. Məhz Azərbaycan Prezidenti “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını, bu ifadədən artıq istifadə edilmədiyini bəyan edib. Eyni zamanda məhz Azərbaycan lideri həmsədrlərin artıq “pensiyaya çıxmalı olduqlarını”, onların görəcəyi bir iş qalmadığını söyləyib. Aydın şəkildə məlum olur ki, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəm üzrə inkişaf edir ki, bu da Azərbaycan üçün çox vacibdir. Brüssel görüşündə və Aİ Prezidentinin Bəyanatında son vaxtlar Fərrux kəndi ətrafında yaşanan gərginliyə toxunulmaması diqqəti çəkən başqa bir məqamdır . Avropa İttifaqı da, onun lideri də Qarabağda baş verənlərin artıq Azərbaycanın daxili işi kimi qəbul edir.Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir