Mehriban Həbibova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 317 saylı tam orta məktəbin tarix muəllimi
Xankəndi şəhəri Azərbaycanın qədim və əzəli yurdudur, biz doğma torpaqlarımıza qayıtmağı illərdir həsrətlə gözləmişik, buna Ali Baş Komandanımızın, qəhrəman ordumuzun və igid şəhidlərimizin qanı, canı bahasına nail olmuşuq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu hadisə illər boyu xalqımızın gözlədiyi tarixi hadisədir.
Prezident İlham Əliyev öz çıxışında bu tarixi gün münasibətilə Azərbaycan xalqını təbrik etdi, 20 il bundan əvvəl xalqa verdiyi sözün üstündə durduğunu bildirdi. O, qeyd etdi ki, “ Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır”.
Prezident qeyd etdi ki, “Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb .Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır “.
İşğal altında olan torpaqlarımızın azad olunmasında qəhrəman ordumuzun rolu əvəzsizdir, bu haqda danışan Ali Baş Komandan bildirdi “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir ”
Vətən müharibəsinin cəmi 44 gün çəkməsi düşmənə Azərbaycan xalqının birliyini və gücünü göstərdi. Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq. Antiterror əməliyyatı isə qaçılmaz idi çünki, torpaqlarımızın bir hissəsində hələ də erməni terrorçuları öz mənfi əməllərindən əl çəkmirdilər.
Müharibə zamanı xaqlqımızın qazandığı qələbəni dəyərləndirməsi və Ulu Öndərimizin ruhunun bu qələbədən şad olmasını deməsi çox qürurverici idi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub ”.
Çıxışının davamında Ali Baş Komandanımız illər boyu Azərbaycan xalqına və dövlətimizin ərazi bütövlüyünə edilmiş haqsızlıqlardan, torpaqlarımız işğal olunarkən heç bir dövlətin bizə tərəf durmamasından, əksinə Ermənistanın isə arxasında dünyanın əsas güclərinin olmasından, xalqımıza qarşı törədilmiş amansız Xocalı soyqırımına dünya dövlətlərinin laqeyd qalmasından, ötən illər ərzində Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın haqq səsini dünyaya çatdırmaq uğrunda apardığı əvəzolunmaz mübarizədən bəhs etdi.
“Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq!!!!” Deyərək Prezidentimiz çıxışını sonlandırdı. mBiz də müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq ordumuzun rəşadəti qarşısında baş əyirik, vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə şəfa, igid hərbiçilərimizə isə möhkəm can sağlığı arzu edirik!!!