“Bizə Zəfər yaraşır” adlı tədbir keçirilmişdir

“Bizə Zəfər yaraşır” adlı tədbir keçirilmişdir

8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə “Bizə Zəfər yaraşır” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayonu İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət himni səsləndi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Hüseynova bildirdi ki, məktəblərdə vətənpərvəliklə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi gənclərin milli ruhda yetişməsinə müsbət təsir edir. 8 noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi xalqımızı uzun illər davam edən  məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayonu İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, şəhid Nazim Kirxlarovun anası Sultanxanım Kirxlarova çıxış etdilər.

Tədbirdə məktəbin şagirdləri Zəfər gününə həsr etdikləri kompazisiyaları nümayiş etdirdilər.