Binəqədi Rayon Mərkəzi Mədəniyyət evində Şəhid Muxtar Qasımlıya həsr olunmuş anım tədbiri keçirilmişdir

Binəqədi Rayon Mərkəzi Mədəniyyət evində Şəhid Muxtar Qasımlıya həsr olunmuş anım tədbiri keçirilmişdir

23.01.2023– ci il tarixdə Binəqədi Rayon Mərkəzi Mədəniyyət evində şəhid Muxtar Qasımlıya həsr
olunmuş anım tədbiri keçirilib. Mədəniyyət evinin akt zalında tədbir açıq elan edildikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səslənib və  şəhidlərimzin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək "Qəhrəman Muxtar Qasımlı" adlı sənədli film nümayiş olunub.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Binəqədi Rayon Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov, Muxtar Qasımlının atası Əli Qasımov, anası Almaz Qasımova və digərləri çıxış edərək şəhid haqında ürək sözlərini, xatirələrini bölüşmüşlər.

Sonda Binəqədi rayon 182 nömrəli tam orta məktəbin şagirdlərinin şəhid Muxtar Qasımlıya həsr etdikləri ədəbi-bədii kompazisiya tədbir iştirakçılarına təqdim olunmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.