Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında "25 iyun - Dənizçilər Günü” münasibətilə görüş keçirilib
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də çalışan bir qrup YAP üzvü olan əməkdaşlarla "25 iyun - Dənizçilər Günü” münasibətilə görüş keçirilib. Görüşdə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, təşkilatın məsləhətçisi Ənvər Haqverdiyev iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov qonaqları salamlayaraq liman əməkdaşlarını "25 iyun - Dənizçilər Günü” münasibətilə təbrik edərək dedi ki, Yeni Azərbaycan Partiyasının ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olmuşdur. YAP-ın sədri, ölkə Prezidentinin Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın işğaldan azad edilməsində oynadığı müstəsna rol partiyanın nüfuzunu da artırmışdır.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov da öz növbəsində liman əməkdaşlarını "25 iyun - Dənizçilər Günü” münasibətilə təbrik edərək dedi ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də fəaliyyət göstərən əməkdaşların hər biri bu cür mütərəqqi fəaliyyətləri ilə yalnız ölkə iqtisadiyyatına deyil, həm də Suraxanı rayonunun ictimai-siyasi həyatına öz töhfələrini verir.
Sonda “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də fəaliyyət göstərən bir qrup YAP üzvü YAP Suraxanı rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.