Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur
Könül İsmayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Rayonu,163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi
Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. “İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlaki onların tələbatının 50 və ya daha çoxunu təşkil edir”.
“Ümumilikdə, ölkəmiz 20-yə yaxın ölkəyə neft ixrac edir. Azərbaycan nefti, eləcə də mavi qazı regionda enerjiyə daha çox tələbatı olan ölkələrə ixrac olunur. Xüsusən nəzərə almaq lazımdır ki, həm Azərbaycan mavi qazı, həm də xam nefti Avropa bazarına daxil olur. Azərbaycan daha çox neftə ehtiyacı olan ölkələrə bu məhsulu satır. Bu da təbii ki, həmin ölkələrin enerji təhlükəsizliyinə töhvə baxımından çox önəmlidir.” Həqiqətən də bəzi ölkələrdə neftə olan tələbatın böyük hissəsi Azərbaycan hesabına təmin edilir. Ümumilikdə, Azərbaycan 20-yə yaxın ölkəyə neft ixrac edir.
Dünyada az sayda ölkələr var ki, neft, qaz və digər faydalı qazıntılardan əldə edilən gəlirləri dövlətin sabahı üçün qoruyub saxlayır və sağlam gələcək naminə investisiya edir. Enerji resursları ilə zəngin olan Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Bəhreyndə, Əlcəzairdə, Küveytdə, Qətərdə, Bruneydə, Omanda, Norveçdə, Rusiyada, İranda, Qazaxıstanda, ABŞ-də, Kanadada, Braziliyada, Venesuelada və bir sıra ölkələrdə bu prosesi həyata keçirmək üçün suveren fondlar, investisiya idarələri fəaliyyət göstərir. Azərbaycanda da gələcək nəsillərin təbii sərvətlərdən əldə olunan gəlirlərdən yararlanması, ölkənin inkişafına investisiya qoyulması məqsədilə Dövlət Neft Fondu (ARDNF) yaradılıb.