Səriyyə Cəfərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin psixoloqu
Azərbaycanda bütün sahələrin inkişafı Ulu öndər Heydər Əliyevin adı və onun uğurlu
fəaliyyəti ilə bağlıdır. Ulu öndər ölkədə bütün sahələrin inkişafına yeni konseptual yanaşma nümayiş etdirirdi. Belə ki, bütün sahələrin inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılırdı. Həmin sahələrin inkişafı üçün Ulu öndərin birbaşa tapşırığı və nəzarəti ilə strategiyalar işlənib hazırlanırdı. Həmin strategiyalarda qabaqcıl ölkələrin təcrübələrindən istifadə edilirdi. Strategiyalar ulu öndərin mütərəqqi ideya və fikirlərini və həmçinin dərin islahatları özündə əks etdirirdi. Ulu öndər Heydər Əliyevin siyasətinin mərkəzində insan faktoru dayanırdı. O, bütün sahələrin inkişafında insan amilinə xüsusi önəm verirdi. Elm adamlarına, ziyalılara dəyər vermək, diqqət və qayğı göstərmək onun siyasətin əsas qayəsini təşkil edirdi.
Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan elmi və təhsili çox uğurlu inkişaf yolu keçmişdir. Ümummilli lider deyirdi ki, “Təhsil millətin gələcəyidir”. Çünki O, çox gözəl bilirdi ki, dövlətlərin inkişafı birbaşa elm və təhsildən asılıdır. Elm və təhsil olmadan dövlətlər irəli gedə bilməz. O dövlətlər dünyada əsas söz sahibi olur ki, orada elm və təhsil daima inkişaf edir. Təhsilin inkişafında müəllimlərin rolunun əvəzedilməz və danılmaz olduğunu bilərək deyirdi ki, “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Onun bu fikirləri elə yer üzündə müəllimlik peşəsinə verilən ən böyük dəyər idi.
Ümummilli liderin bizə miras qoyub getdiyi müasir, müstəqil və qüdrətli Azərbaycan onun şah əsəridir. Ulu öndər həmişə deyirdi ki, “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır”. Gənclərimizin milli vətənpərvərlik ruhunda yetişdirilməsində və tərbiyyəsində Ulu öndərin ümümxalq birliyi və həmrəyliyinə söykənən Azərbaycançılıq məfkurəsinin böyük əhəmiyyəti olmuşdur. Harada yaşamasından aslı olmayaraq hər bir azərbaycanlının milli mənsubiyyətiylə fəxr etmək, qürur duymaq bu ideologiyanın ana xəttini təşkil edirdi. Müstəqiyillimizin qorunub saxlanılmasında, möhkəmlənməsində və ən əsası torpaqlarımızın bu gün işğaldan azad olunmasında ulu öndərin əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi xüsusilə önəmli rol oynamışdır.
Ulu öndər bütün həyatı boyu Azərbaycan xalqını və doğma vətənini düşünmüş ölkəsinin inkişafı üçün bütün imkanlarını səfərbər etmişdir. Heydər Əliyev uzaqgörənliyi və xalqının üzləşdiyi ən çətin məqamlarda göstərdiyi fədəkarlıqlar Azərbaycan xalqının daim yaddaşındadır. Heydər Əliyevin mənalı, zəngin və şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Müstəqil Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca ümümbəşər Heydər Əliyev ideyaları da daima bizlərlə yaşayacaq. Çünki bu gün Azərbaycanı işıqlı, uğurlu, firavan gələcəyə aparan yol ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanır. Bütün ömrünü Azərbaycan xalqına həsr edən, ölkəsinin inkişafı üçün misilsiz xidmətlər göstərən ulu öndərin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.