Azərbaycanın enerji siyasəti Avropa üçün strateji əhəmiyyət daşıyır

Azərbaycanın enerji siyasəti Avropa üçün strateji əhəmiyyət daşıyır

Elvina Əhmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini 

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

2025-ci ilin əvvəlində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 11-ci iclası  Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 3-cü iclası bir daha Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlıqdakı lider rolunu nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki tədbirdə çıxış edərək ölkənin enerji strategiyasını, regional və qlobal enerji təhlükəsizliyindəki rolunu ətraflı şəkildə izah etdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənub Qaz Dəhlizi artıq reallığa çevrilmiş strateji bir layihədir və onun uğurla işləməsi Azərbaycan qazının Avropa bazarlarına fasiləsiz çatdırılmasını təmin edir.

Prezident bildirdi ki, bu layihə yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır: “Cənub Qaz Dəhlizi artıq Avropanın enerji xəritəsində mühüm bir xəttə çevrilib. Biz qaz təchizatını diversifikasiya etməklə yanaşı, həm də enerji təhlükəsizliyinə töhfə veririk.”

İlham Əliyev çıxışında Azərbaycanın qaz hasilatını artırmaq niyyətində olduğunu, yeni yataqların kəşfi  istismarı ilə bu sahədə daha geniş potensialın yaradıldığını qeyd etdi. O, həmçinin tərəfdaş ölkələrlə əməkdaşlığın vacibliyini vurğuladı. Prezident Əliyev çıxışında Azərbaycanın təkcə neft və qaz ölkəsi olmadığını, eyni zamanda bərpa olunan enerji sahəsində də böyük potensiala malik olduğunu diqqətə çatdırdı. O, ölkənin Xəzər dənizində və quru ərazilərində külək və günəş enerjisi layihələrinin həyata keçirildiyini, beynəlxalq investorlarla sıx əməkdaşlığın qurulduğunu bildirdi: “Azərbaycan artıq yaşıl enerjiyə keçidi prioritet elan edib. Hədəfimiz, həm daxili tələbatı ödəmək, həm də yaşıl enerjini ixrac etməkdir.”

Prezidentin çıxışı zamanı qeyd olundu ki, yaşıl enerji sahəsində aparılan islahatlar və layihələr Azərbaycanın 2050-ci il üçün müəyyən etdiyi "net-zero" (sıfır karbon emissiyası) məqsədinə nail olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər iki məşvərət şurasının iclasları göstərdi ki, Azərbaycan enerji sahəsində həmənənəvi, həm də alternativ enerji növlərinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin çıxışı isə bu siyasətin siyasi iradəyə əsaslandığını və beynəlxalq tərəfdaşlıqla daha da güclənəcəyini bir daha sübut etdi. Azərbaycanın enerji strategiyası təkcə milli maraqları deyil, eyni zamanda regional sabitliyi və Avropa enerji təhlükəsizliyini də təmin etməyə yönəlib.