Şəhid Yunis Əliyev anım günündə ehtiramla yad edilib

Şəhid Yunis Əliyev anım günündə ehtiramla yad edilib
Oktyabrın 5-də Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Əliyev Yunis Zaur oğlunun anım günü qeyd olunub. Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın nümayəndələri, RİHB-nin şöbə müdiri Elmar Hüseynov,Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Bülbülə qəsəbəsi Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.