Azərbaycanın COP 29-a ev sahibliyi beynəlxalq arenada bizim fəal rolumuzun qiymətləndirilməsi deməkdir
Vəfa Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 268 saylı körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycanın COP 29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Qeyd edek ki, 200 ölkənin qərarı ilə Azərbaycan COP 29 - a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu da prezidentimiz İlham Əliyevin uğuru demekdir. İllərcə bütün dövlətlərlə əməkdaşlıq etməsinin nəticəsidir.
Həmçinin, Qoşulma Hərəkatına Sədrliyimiz və təhlükəsizlik şurasına üzvülüyümüzdən sonra xarici siyahətimizin ən böyük uğurudur. Eyni zamanda son zamanlar Azərbaycana qarşı çirkin kompaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
COP tədbirlərinin məqsədi Paris sazişinin tələbi olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə oldğu kimi 1.5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır. Qeyd edek, ki Azərbaycan BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Beləki prezidentimiz ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edilib. Bu ərazilər 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. COP29 toplantısında xalqımıza, Prezidentimizə uğurlar arzu edirik. Naəliyyətlərimiz bol olsun.