Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verməkdədir
Aynur Samiyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin tələbəsi
İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qələbəsi ilə bitdikdən sonra, Zəngəzur dəhlizinin açılma ehtimalı zənnimcə, dövlətimizin daha çox iqtisadi, siyasi inkişafına təkan verəcək. Cənab Prezident bu qələbədən sonra bir çox ölkələrlə yeni planlar üzrə əməkdaşlığa başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verməkdədir. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla yanaşı, sahilyanı dövlətlərin münsibətlərində keyfiyyətcə yeni mərhələyədə qədəm qoymasını da göstərir. Məlumat üçün deyim ki, bu Konvensiyanın imzalanması dünya mediasında çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib. Sənəd ölkəmizin maraqlarını tam təmin etməklə yanaşı, dənizdə həyata keçirilən layihələrin, fəaliyyətlərin davamlılığını və təhlükəsizliyini təmin edir.
Xəzəryanı dövlətlərin arasında dostluq və mehriban qonşuluq münasibətləri BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı və s. təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili kimi qəbul olunmuşdur. Bu qarşılıqlı əməkdaşlıq zamanı bütün tərəflərin mənafeləri nəzərə alınır, Xəzəryanı dövlətlərin suverenliyinə, müstəqilliyinə hörmət edilir. Qarşılıqlı inkişaf üçün atılan addımlar Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasını möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmişdir. Cənab Prezident bu toplantı zamanı bir sıra vacib məsələlərə toxunub. Qeyd olunmuşdur ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və loqistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında ölkəmiz mühüm rol oynayır. Azərbaycan dövləti Trans-Xəzər beynəlxalq nəqliyyat marşurutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsiziliyin mühüm amili kimi qeyd olunur. Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti davam etdikcə düzgün və uğurlu inkişaf da daim artacaqdır. Qeyd etdiyimiz kimi İkinci Qarabağ müharibəsindən sonra Azərbayca da daim yeniliklərə baş verir və bu yolda mühüm addımlar atılır. Nəqliyyat infustruktrunun yenilənməsi səmərəli əməkdaşlıq üçün mühüm amillərdən biridir.
Fikrimcə, atılan bu addımlar, yeniliklər Azərbaycanın güclü bir dövlət kimi formalşamasında, inkişafında böyük rol oynayır. Zəngəzur dəhlizinin reallığa çevrilməsi ölkəmizin nail olduğu ən böyük uğurlardan biri hesab ediləcək. Zəngəzur dəhlizinin açılması ilə bir sıra iqtisadi, siyasi əlaqələri genişlənib, Şərq-Qərb və Şimal-Cənub əlaqələri daha güclü formalaşacaq. Məhz atılan addımlar onu göstərir ki, Zəngəzur dəhlizinin açılması üçün dövlətimiz böyük səy göstərir.