“Azərbaycan xalqının nicat tapdığı gün - Milli Qurtuluş günü” adlı dəyirmi masa keçirilib

“Azərbaycan xalqının nicat tapdığı gün - Milli Qurtuluş günü” adlı dəyirmi masa keçirilib

13 iyun 2025-ci ildə Suraxanı rayonu, RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Azərbaycan xalqının nicat tapdığı gün - Milli Qurtuluş günü” adlı tədbir keçirilib adlı dəyirmi masa keçirilmişdir. Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masanı giriş sözü ilə açan Suraxanı rayonu, RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Hüseynqulu Quliyev geniş nitq ilə çıxış etmişdir. Hüseynqulu Quliyev bildirmişdir ki, 1991 – 1993-cü illər müstəqilliyimizi yenicə əldə etdiyimiz çox çətin və aclnacaqlı illər idi. Düşmənlərimizin torpaqlarımıza təcavüz etdiyi  ölkəmizdə xaos hərc-mərclik parçalanma təhlükəsi höküm sürdüyü bir vaxtda Azərbaycan xalqı özünün əzəli və əbədi lideri Ulu Öndər Heydər Əliyevə üz tutub qurtuluş istədi. Ulu Öndər belə bir milli çağırışa biganə qala bilməzdi. Qalmadı da..

Daha sonra çıxış edən Yeni Suraxanı bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Həqiqət Məmmədova bildirmişdir ki, Ulu Öndər elə həmin gündən müstəqilliyimizin birlik və bərabərliyimizin  nicatı olan qurtuluş yolunun təməlini qoydu.Tarix səhnəsində heç bir zaman belə qısa zaman kəsiyində vətəndaş müharibəsinin qarşısını almaq mümkün olmayıb. Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzolunmaz siyasi bacarıq sahibi Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə gəlməsilə ölkəmiz siyasi müstəqilliyə və sabitliyə nail olunmuşdur.

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə biz öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.