Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. İlk dəfə 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilmişdir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.
Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmışdır. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri, imzalanan sənədlərin səviyyəsi göstərir ki, möhkəm təməl üzərində qurulmuş əlaqələr bundan sonra da inkişaf edəcəkdir. Rəsmi danışıqlardan sonra baş tutan mətbuat konfransında Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Bəyanatla çıxış etmişlər.
Ölkəmizin başçısı bu əlaqələri yüksək qiymətləndirərək demişdir: “Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.”
Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, energetika sahəsində imzalanmış sənədlər və apardılmış müzakirələr yaxın gələcəkdə iki ölkə arasında bu sahədə əməkdaşlıq daha da genişlənəcəkdir. Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələlərinin müzakirə olunduğunu diqqətə çatdıran ölkə başçısı bu sahədə konkret addımlar atılmasına dair göstəriş verildiyini bildirmişdir.
İki ölkə arasında ticarət dövriyyəsinin balanslaşdırılmış formada olmasını arzu edən cənab Prezident İlham Əliyev bunun üçün qarşılıqlı informasiya mübadiləsinin vacib olduğunu, ölkələrimizdə həyata keçirilən layihələrin, investisiya imkanlarının mahiyyəti, qaydaları, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlərə dair məlumat mübadiləsinin vacib olduğunu, belə halda ticarət dövriyyəsinin təkcə neft amilindən asılılığının aradan qaldıracağına inamını ifadə etmişdir.
Aydın siyasi xəttin, xarici siyasətdə ardıcıl və davamlı irəliləyişin olması onu göstərir ki, ölkəmizin Şərq siyasəti özünü doğrultmaqda, yeni əməkdaşlıqlar və dəyişməz prinsiplər əlavə dividentlər gətirməkdədir.