Azərbaycan və Serbiya arasında olan əməkdaşlığın bir çox sahədə müsbət nəticəsi olacaq
Aynur Samiyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi
Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanatda ilk öncə Serbiya səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qayğıya və qonaqpərvərliyə görə bir daha təşəkkürlərini bildirib. Prezident İlham Əliyevin fikrincə Serbiya prezident Vuçiç sayəsində yüksək inkişafa doğru gedir və bu bizim gələcək əməkdaşlığımız üçün də zəmin yaradır.
Qeyd etmək istəyirəm ki, keçən ayda Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və İlham Əliyev arasında görüş olmuşdur. Bu görüşdə prezidentlər arasında olan real dostluq münasibətlərini bir daha təsdiqləmişdi. Serbiya Azərbaycanı son dövrdə əldə etdiyi uğurlara görə isə xüsusi olaraq təbrik etmiş və bu görüşdə bir sıra mühüm qərarlar alınmışdır. Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bu qərarların yerinə yetirilməsi üçün hökümət üzvlərinə müəyyən göstərişlərin verildiyini qeyd etmişdir.
Nəzər yetirsək görərik ki, Prezident İlham Əliyevin də söylədiyi kimi iki ölkə arasında əlaqələrin dinamikası çox müsbətdir. Bir çox sahələr üzrə artıq əməkdaşlığın böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar və bu strateji tərəfdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Bəyanatda xüsusi olaraq qeyd olunub ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini daima dəsətkləyir. Beynəlxalq hüququn tərəfdarı olduğumuz bir daha vurğulandı və yalnızca beynəlxalq hüququn normaları, prinsipləri ölkələr üçün əsas olmalıdır.
Azərbaycan və Serbiya arasında olan əməkdaşlığın bir çox sahədə müsbət nəticəsi olacaq. İlk öncə ticarət sahəsində ticarət dövriyyələrinin artması gözlənilir. Nəqliyyat-logistika sahəsində böyük potensial mövcuddur. Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumların fəal işləməli olduğu vurğulanıb. Energetika sektoru əməkdaşlığımızın böyük bir hissəsidir. Son vaxtlar bu sahə daha çox əhəmiyyət daşıyır. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlərdə ixrac edilir. Həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var və müvafiq danışıqlar aparılmışdır.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Atılan bu addımlar elektrik sahəsində yeni imkanlar yaradır və biz bu sahədə çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.
Serbiyada səfər zamanı müdafiə sənayəsi sahəsi ilə də bağlı müxtəlif göstərişlər verilib. Bu sahədə də hər iki ölkədə kifayət qədər potensial var. Nəticədə ikitərəfli əlaqələrə nəzər saldıqda aydın şəkildə göründü ki, hər iki ölkənin əməkdaşlığı və dostluğu yüksək inkişaf üçün əvəzolunmaz addımdır. Bir çox sahədə görüləcək birgə iş ölkələr üçün böyük uğurlar gətirəcək. Serbiya-Azərbaycan əlaqələri ilə bağlı ancaq nikbin fikirdə olmaq olar.