Azərbaycan və Rusiya arasında müttəfiqlik Bəyannaməsi ölkəmizin milli maraqlarına xidmət edir

Azərbaycan və Rusiya arasında müttəfiqlik Bəyannaməsi  ölkəmizin milli maraqlarına xidmət edir

Bir çoxumuz Bəyannamə haqqında düşünür və narahatlıq keçirirdik. İlk öncə bütün narahatlıqları kənara qoyub soyuqqanlı düşünək. Biz Prezidentimizə güvənirik, çünki bizim 30 ilə yaxın işğalda olmuş torpaqlarımızın işğaldan azad edilməsi məhz onun siyasi bacarığının uğurudur. 30 ilə yaxın torpaqlarımızın işğaldan azad edilməsi siyasəti regionda mövqeyimizi daha da möhkəmləndirdi. Azərbaycanın dünya ölkələri arasındakı söz sahibinə çevirildi. İlk öncə onu qeyd edim ki, xalqımızı və müstəqilliyimizi qorumaq cənab Prezidentimiz İlham Əliyev üçün hər zaman prioritet məsələdir, eyni zamanda da Rusiya Federasiyası kimi güclü bir dövlətlə Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar əlaqələri mövcuddur. Hər iki  dövlət müstəqil, suveren dövlətdir.

İmzalanmış Bəyənnamə qısa zaman ərzində ərsəyə gəlmiş sənəd deyil. Nəzərə alsaq ki, dövlətimiz Qoşulmama Hərəkatına sədirlik edən ölkə olaraq, bloklara qoşulmur, münasibətlərini qonşu dövlətlərlə dostluq və hər əməkdaşlıq prinsipləri üzrə yüksələn xətlə inkişaf etdirir. Prezident cənab İlham Əliyev bu Bəyannaməni imzalamaqla dövlətimizin və xalqımızın maraqlarını maksimum səviyyədə qoruyaraq istər birbaşa, istərsə də bilavasitə ölkəmizə qarşı mümkün xarici müdaxilələrin qarşısını almış oldu.

 Cənab Ali Baş Komandan İlham Əliyev ölkəmizin strateji mövqeyini daha da möhkəmlənməsini yəni regiondakı strateji əməkdaşlıq və münasibətlərin formalaşmasında ölkəmizin aparıcı mövqeyi qazanması haqqında dəfələrlə çıxışlarında bildirmişdir. Prezidentin çıxışlarından aydın olur ki, bu cür bəyanatlar yalnız Azərbaycanın milli maraqlarını qorumasına xidmət edir. Düşünürəm ki, sözü gedən Bəyannamə ilə Azərbaycan 10 Noyabr Bəyannaməsini daha da möhkəmləndirmiş oldu. İmzalanmış Bəyannamə nə Azərbaycanı SSRİ-ə doğru sürükləyir, nə də qonşu dövlətlərlə münasibətlərinə zərbə vurur. Ölkəmiz istənilən dövlətin ərazi bütövlüyünü dəstəkləyir. İmzalanmış Bəyannamə nə Ukraniya, nədə Türkiyə olan münasibətlərimizə zərər verməyəcək. Bu Bəyannamə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsindən çox fərqlənməkdədir. Belə ki, Türkiyə ilə imzalanmış Bəyannamədə xarici siyasətlə bağlı olan prosesləri birlikdə müzakirə və yaxud koordinasiya edirlər sözü gedən proseslərə hərbi yardımlarda daxildi. Nəticə etibarı ilə biz ölkə rəhbərimizin doğru siyasi manevr etdiyinə əminik.

Vəfa Əzizova

 YAP Suraxanı rayon təşkilatının fəalı