Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər
Aygün Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. İki ölkə arasındakı münasibətlər nümunəvi model yaradıb. Bu münasibətlər çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir.
Dövlət başçısı İlham Əliyevin 2020-ci ili ildə İtaliyaya səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə dair dəstəyi bir daha təsdiqləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədir. Hazırda İtaliya şirkətləri azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişində fəal iştirak edirlər. Bu amillər Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafının göstəricisidir.
Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət və biznes sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il isə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. 2022-ci ildə isə bu göstərici 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir.
Azərbaycan-İtaliya münasibətlərinin yüksək inkişafının daha bir göstəricisinin isə ölkələrin enerji sahəsindəki uğurlu tərəfdaşlığıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər.
Ölkələrimiz arasında sıx əməkdaşlığı gücləndirən təşəbbüslər aktiv şəkildə davam edir. Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Şirkətlər və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb.
Tədbirdə sənaye, bərpa olunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Tədbir çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə İtaliya Sənaye Konfederasiyasının (Confindustria), “Mətanət A” şirkəti ilə İtaliyanın Dromont Comec şirkəti, "Improtex Industries" MMC ilə İtaliyanın "Leonardo Electronics" şirkəti, “Saloğlu” şirkəti ilə İtaliyanın "Visionnaire - İPA" və "Biesse S.P.A” şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Sənədlər yeni birgə istehsal və xidmət, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə İtaliya Ticarət Agentliyi, aqrar və qida texnologiyaları sahəsində ixtisaslaşmış “Annatura” şirkəti, “Scorpio Group” və İtaliyanın “Coldiretti” kənd təsərrüfatı təşkilatının nümayəndələri arasında görüşlər təşkil olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Bütün bunlar iki ölkənin iqtisadi əlaqələrinin inkişafı və faydalı tərəfdaşlıq baxımından mühüm rola malik addımlardır və yaxın gələcəkdə bu əməkdaşlığın perspektivləri daha yüksək nəticələrlə müşahidə ediləcək.