Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq 2014-cü ildən etibarən uğurla inkişaf edir.
Zəminə Ələkbərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 324 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
2026-cı ilin may ayında Respublikamızın Prezidenti İlham Əliyev İtaliyaya səfər edib və iki ölkə arasındakı münasibətlərdən danışıb. Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq uzun illərdir davam edir. 2014-2020-ci illərdə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Prezident İlham Əliyev bəyanatında qeyd etmişdir ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq 2014-cü ildən etibarən uğurla inkişaf edir. Bu münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində qurulub. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkəmizin qeyri-neft sektorunun inkişafına maraq göstərir.
İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və bu əməkdaşlıq iqtisadiyyatın inkişafına kömək edir. Həmçinin Bakı şəhərində İtaliya-Azərbaycan Universitetinin açılması təhsil sahəsində əlaqələrin gücləndiyini göstərir. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliya şirkətləri Azərbaycanın bərpa olunan enerji potensialına maraq göstərir və bu sahədə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Bəyanatda Prezident İlham Əliyev İtaliya tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyinə görə minnətdarlığını ifadə etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Qarabağda genişmiqyaslı bərpa və yenidən qurma işləri həyata keçirir, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar. Regionda sülhün təmin olunması və kommunikasiyaların açılması Azərbaycanın əsas prioritetidir və bu prosesdə İtaliyanın dəstəyi önəmlidir.
İtaliya Azərbaycanın neft və qaz sahəsində əsas tərəfdaşlarından biridir. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq da inkişaf edir və gələcək üçün vacib hesab olunur. İtaliya ilə Azərbaycan arasında zəngin mədəni əlaqələr mövcuddur. Bəyanatda bu əməkdaşlığın təhsil, mədəni irsin qorunması və gənclər mübadiləsi sahələrində genişləndirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
İki ölkə arasında humanitar əlaqələrin inkişafı xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirir. Bu səfər Azərbaycan ilə İtaliya arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.