Azərbaycan və İraq XİN-ləri arasında Anlaşma Memorandumu da daxil olmaqla bir sıra mühüm əməkdaşlıq sazişləri imzalanmışdır

Azərbaycan və İraq XİN-ləri arasında Anlaşma Memorandumu da daxil olmaqla bir sıra mühüm əməkdaşlıq sazişləri imzalanmışdır

Könül İsmayılova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu,163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi

İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Gələcəkdə bu münasibətləri inkşaf etdirməyin vacibliyi xususi vurğulanıb. Azərbaycan ilə İraq arasında siyasi əlaqələrin, iqtisadi ticarət əlaqələrinin, əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə inkşaf etdirilməsi üçün faydalı müzakirələr və danışıqlar aparılmış eyni zamanda Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi ilə İraq Respublikasının Xarici işlər Nazirliyi arasında siyasi məsləhətləşmələr əməkdaşlıq sazişləri imzalanmışdır. Görüş zamanı Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi ilə İraq Respublikasının Xarici işlər Nazirliyi arasında siyasi məsləhətləşmələr  haqqında Anlaşma Memorandumu da daxil olmaqla bir sıra mühüm əməkdaşlıq sazişləri imzalanmışdır.

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin inkşafı üçün əhəmiyyətlidir. Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. Bakıda imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkşafına öz töhfəsini vermiş olacaq.Görüş zamanı Prezident İlham Əliyev Dəfələrlə Azərbaycanın sülh istədiyini bəyan edib.Azərbaycan sülh üçün əməlli addımlarda atıb. Ermənistan və onun vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışan Fransa kimi dövlətlər də anlamalıdırlar ki,heç bir təzyiq Azərbaycan xalqının və hökümətinin iradəsinə təsir göstərə   bilməz.

Prezident Əbdüllətif Camal Rəşidin səfəri diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm İraq həm bizim dövlətimiz üçün tarixi hadisədir. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir və həmrəylik nümayiş etdirir.Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkşaf etməsində rəsmi səfərlərin,xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür.

BMT-də Qoşulmama Hərəkatında İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik,ən əsası isə bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.Həmçinin onu da qeyd etməliyəm ki,ölkələrimiz tarixən dini və mədəni əlaqələr baxımından bir-birinə çox yaxındır. Bu səfər həm də onun göstəricisidir ki,dost dövlətləri Azərbaycanın qələbəsini,onun regionda yaratdığı reallıqları tanıyır və qəbul edir.Cənubi Qafqazda destruktiv rol oynayan Ermənistanı öz marionetinə çevirməyə çalışan Fransa ABŞ kimi bəzi ölkələrin regionda sülhü,sabitliyi pozmaq cəhdlərinə ölkəmiz dünya dövlətlərinin başçılarını qəbul etməklə siyasi dialoqu rəhbər tutmaqla cavab verir.

Bir daha onu bildirmək istəyirik ki, biz heç vaxt muharibənin tərəfdaşı olmamışıq, düzdür İkinci Qarabağ Müharibəsi baş tutdu,lakin bunu əsla digər dövlətlə aparılan beynəlxalq müharibə kimi qələmə vermək olmaz,biz öz ərazimizdə vuruşduq və torpaqlarımızı azad etdik,suverenliyimizi bərpa etdik.